Fərid Məmmədov
Bazar, 24.11.2024, 20:36
Меню сайта

Разделы новостей
Şəkil [10]
Fəridin kitabı [10]
Musiqi [7]
Dan Brown [4]
Dünyəvi xəbərlər [5]
Din [1]

Форма входа

Календарь новостей
«  Август 2008  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Поиск

Друзья сайта

Статистика

Online toplam 1
Qonaq 1
İstifadeçi 0

Мини-чат
200

Наш опрос
Ən yaxçı Bakı Kəndi hansıdır?
Всего ответов: 7

Главная » 2008 » Август » 28 » AKT-16,17,18,19
AKT-16,17,18,19
03:38

AKT-16

Nərmin gözlərini açanda qarşısında açıq sarı saçlı, ağ-göy zolaqlı geyimli bir qızı gördü, hansı ki danışıb ona nə isə başa salmaq istəyirdi. Onun sözləri yuxu kimi Nərminin qulağından yan keçib anlaşılmaz küy kimi yox olurdu. Bu dərmanın təsiridir. Halsızlıq, azacıq zəiflik, müvazinətin itməsi də vurulan iynənin təsirdən kənar effekti idi. Nərmin qeybdən qayıtmış kimi ətrafa nəzər salaraq ilk öncə pəncərədən axan və içəridən geniş pambıq tayasına oxşayan topa buludları gördü, onlar dalğalanıb iri çevrələr əmələ gətirirdi, sonra əyləşdiyi sonuncu sıradakı oturacaqdan salona nəzər saldı. Özü təyyarə salonunda ilk dəfədir olsa da, heç vaxt onu belə təsəvvür edə bilməzdi. Bura tam mitinq meydanına bənzəyirdi. Bəlkə elə bu da iynənin təsiridir?, yoxsa onu qarabasır? Salonda əməlli-başlı çaxnaşma vardı. Hamı ucadan danışır, nədənsə öz narazıçılığını bildirir və bu da azmış kimi kimsə sərnişinlərdən bir nəfər ayağa qalxıb camaatı sakitləşdirməyə çağırır. Bu naməlum adam tam ağ uzunqol köynək, ağ şalvarda idi. Onun qara saçları və qara, mülayim gözləri vardı. Ümumiyyətlə, Nərmin özünü tam ayıq hiss etməsə də bu naməlum adamın hərəkətlərindən və üzündən yağan mehriban mimikanı hiss edə bildi. O, salon boyu dolaşır, hamıya nəsə başa salmağa çalışırdı. Nərmin ümumiyyətlə təyyarədə nə baş verdiyini anlamasa da, onun nə etmək isədiyini yavaş-yavaş görürdü. Bu ağ paltarlı insan qabaq sıraları azacıq sakitləşdirib, üçüncü sırada əyləşən və çox səs-küy salan bir qoca qadına yaxınlaşdı. Dəqiqədən az çəkən səmimi söhbətin nəticəsində həmin qadın gülümsəyərək sakitləşdi. Bu azmış kimi indi o, digər sərnişinlərə tərəf irəliləməyə başladı. Nərmin artıq bu insanın fikrini başa düşmüşdü, başa düşmədiyi isə bu içəridəki təlaşın səbəbi idi. Amma artıq yanındakı xidmətçi qızın səsini eşitmək mümkün olurdu. Naməlum şəxs doğrudan da salonu sakit edə bilmişdi. Xidmətçinin səsi isə hələ də eyni məzmunlu suallar verirdi:

-Siz yaxşısınız? Özünüzü necə hiss edirsiniz? Bir şey lazım deyil ki?

Sanki o, salonda baş verən hadisələrdən tamamilə bixəbər yalnız Nərminin sağlamlığı barədə narahat olur. Məgər sərnişinlərə qulluq etmək onun tam vəzifəsi deyil? Nərmin artıq tam özünə gəlib dikəldi və yanında duran xidmətçiyə nəhayət ki, cavab verməkdə özündə güc tapdı.

-Mən yaxşıyam. Bəs burada nə baş verir. Niyə hamı əsəbiləşib. Mən yatarkən nə olub burada?

-Əvvəlcə sakit olun. Mən hər şeyi başa salaram. – Xidmətçi elə bil bayaqdan elə buna hazırlaşırmış kimi hər şeyi necə var, o cür danışmağa üz qoydu - Təyyarə müəyyən səbəblərə görə öz istiqamətini dəyişməli idi. Pilot tapşırdı ki, bu xəbəri sərnişinlərə çatdırım. Öz borcumu yerinə yetirdim, amma sərnişinlər bunu pis qarşıladı, çaxnaşma düşdü. Mən onları başa salmağa çalışanda ki, hava durumu pisdir, tufan başlamaq üzrədir və bu səbəbdən bir günlük Ankaraya enirik sizin yoldaşınız silahla mənə hücum etdi.

-Silahla?

-Bəli, bəli silahla. O məni vurmaq istəyirdi. Çox qorxdum. Sonra salondakıları güllələmək fikrinə düşdü. Nə yaxşı ki, bunu etmədi.

-Bəs indi o haradadır?

-Harada olacaq, pilotun yanında. İndi də onu qorxutmaq fikrinə düşüb. İkinci dərəcəli pilotumuz da yoxa çıxıb. Məncə sizin yoldaşınız onu güllələyib.

-Siz silah səsi eşitmisiniz?

Xidmətçi sözdə səhv etdiyini başa düşdü – Yox – deyə yenə də cavab verdi.

-Əgər kimisə vursaydılar, səsdən hamının xəbəri olardı.

-Hə düzdü. Necə də öz ağlıma gəlməyib. Yəqin onu hələ vurmayıblar.

Nərmin artıq xidmətçinin sərsəm sözlərinə tab gətirməyib özü də ayağa qalxmaq istədi, bu an salonun dördüncü qabaq sırasında oturan uşaqların ağ paltarlı adama qulaq asdıqlarını gördü. O, aşağı əyilib uşaqlara nəsə danışırdı.

-Bəs bu kimdir – deyə xidmətçidən cavab gözləmək çox çəkmədi.

-Bilmirəm. Amma onu bura işə götüsələr lap əla olar? O, olmasaydı zalı sakitləşdirə bilməzdim. – Xidmətçi gözlərini Nərminə tuşlayaraq – Qəşəng oğlandır, hə?

-Demək o, sərnişinləri sakitləşdirir? Məgər bu sizin borcunuz deyil?

-Hə, amma sizin yoldaşınız mənə sizin yanınızda qalmağı tapşırdı. O çox əsəbidir, ikinci pilotu artıq güllələyib, mənə də hirslənməsin. Həm də bu oğlan – ağ paltarlıya işarə edərək – məndən yaxşı işin öhdəsindən gəlir. Baxın, çoxu ona qulaq asır. Mən də çox qorxmuşam. Necə bilirsiniz o, bizə də yaxınlaşacaq?

Nərmin bilmirdi onun mənasız sualına cavab axtarsın, ya Moskva Hava Agentliyinin bütün təyyarə xidmətçilərinin belə boşboğaz olub-olmaması barədə düşünsün. Onun səbri artıq son həddə çatdı. Qız isə hələ də ona nəisə deyirdi. Mənasız sözlərə o qədər də dəyər verməyən Nərmin onun sözünü kəsərək soruşdu.

-Deyin görüm, yanımda oturan – Nərmin sürücünün adını çəkmək istəsə də, onun adının bilmədiyi yadına düşdü – yanımda oturan adam pilota nə dedi? - O üzünü xidətçiyə tutub cavab gözləyərkən qəflətən başının üstündən səs gəldi.

-Sizin dostunuz hamını bərk qorxudub, onları çətinliklə sakit etdim.

Nərmin başını qaldıranda cavan bir oğlanın ona baxıb gülümsədiyini gördü. Əlbəttə bu bayaqkı ağ paltarlı oğlandır. Üzündə nazik saxlanan saqqalı nəzərə almasaq o, daha çox fotomodelə bənzəyir, amma xeyr. Nərmin çox gözəl bilir ki, modellər həmişə özündən razı və lovğa olurlar. Onlardan hər dəfə müsahibə alanda nə qədər əziyyət çəkdiyi yadına düşdü. Bunun üzündən isə nur yağırdı. Sanki, kətandan hazırlanmış köynəyi və enli ağ şalvar onun mülayimliyinə daha da xeyir qatırdı. Qara gözlərinə yaraşıq verən enli qaşlar da üz cizgiləri ilə mükəmməl tutuşurdu. İlk baxışdan Nərmin qabağındakının hindli olduğunu zənn etdi. Sözsüz ki, sonra belə olmadığı aydın olacaqdı. Nəhayət bu uzun-uzadı baxışlardan sonra naməlum nəzərini bayaqdan baxdığı Nərmindən ona valeh olan xidmətçiyə yönəldərək öz qarışıq ləhcəli ingiliscəsi ilə dedi:

-Allow me to introduce myself, (İcazə verin özümü təqdim edim).

Xidmətçi deyəsən ingiliscə ondan yaxşı bilirmiş kimi onun sözünü kəsərək tez əlini ona uzatdı.

-Svetlana, but you can call me Sveta. (Svetlana, amma mənə Sveta da deyə bilərsiniz).

Naməlum oğlan ona əlini uzadıb tanışdığına şad olduğunu bildirəcəkdisə də əli ona çatmamış qəflətən güllə səsi eşidildi. Hər üçü cəld səs gələn tərəfə dönüb baxdılar. Salondan qorxu dolu vahiməli ah gəldi.

-Səs idarə otağından gəlir. – deyə oğlan xidmətçiyə baxdı.

-Hə, o cani hamını öldürəcək, mən qorxuram.

-Qorxmayın mən burda olunca heç kim sizə... – Bu zaman ikinci güllə səsi eşidildi və ardınca qabaqdakı İdarə otağının qapısının altından qan çıxmağa başladı. Hər şey məlum oldu. İçəridə kimisə qapının yanında vurublar, onun qanı indi qapının ağzından sərnişinlərin gözü qabağına süzülür. Nəzərə alsaq ki, Sürücüdən başqa otaqda ancaq pilot vardı, xidmətçi yalnız onun güllələndiyini yəqin etdi. –Siz qorxmayın, mən gedib baxaram.

-Ehtiyyatlı olun – deyə xidmətçi oğlanın ardınca söylədi – Sizi də vurarlar.

Bu zaman oğlanı Nərminin ingiliscə səsi dayandırdı – Gözləyin mən də gəlirəm.

-Yox, bu çox təhlükəlidi. Mən tək gedəcəyəm.

-Dur – Oğlan yenə yolundan oldu – O, məni tanıyır. Mənə zərər yetirməz. Ən yaxşısı mən gedib onu sakitləşdirim. Bilmirəm ona nə olub. O, aqresiv insana bənzəmirdi. – deyə Nərmin öz sözünə özü də inanmadı. Onu buraya şantajla gətirən, atasını girov tutan adamın aqresiv olmadığını söyləmək.

-Siz nə danışırsınız? O, pilotumuzu güllələyib. Bundan da aqresiv hərəkət?

-Sakit olun, xahiş edirəm – Sanki bunun mümkünsüzlüyünü anlamayan oğlan Nərminə baxaraq davam etdi – Yaxşı, siz mənimlə gəlirsiniz, hələ bilinmir kim-kimi vurub. – Bunu deyib cəld Nərminin əlindən yapışaraq onu özü ilə pilotun kabinasına doğru çəkdi. Nərmin özündən əmin olmasa da yanındakı naməlum, təzə hələ tanış olmadığı nəfərə nədənsə özündən çox güvənməyə başladı. Bayaqki iki güllə səsinin qorxusundan ürəyi bərk döyünsə də əlindən tutduğu oğlanın əlinin istisi onu sakitləşdirirdi. Sanki, onu yenicə görsə də, həmişə tanıyırmış. O, arxalarında qalmış xidmətçiyə nəzər salanda sonuncu həyəcandan dırnaqlarını dişləyirdi, zavallı belə hadisə ilə ilk dəfə idi ki, üz-üzə gəlmişdi. Nəhayət onlar pilot kabinasına çatdılar. Oğlan ilk baxışını Nərminə salıb, cəld digər boş əlini qapının dəstəyinə sarı apardı. Nərmini isə özündən arxaya çəkib yavaş-yavaş dəstəyi çəkdi. Tez dəstəyi özünə tərəf çəkən zaman açar hissədən taqqıltı səsi gəldi, qapı isə açılmadı. İkinci cəhd eyni ssenari ilə bitdi. Onlar təəccüblə bir-birinin üzünə baxdılar.

-Qapı içəridən bağlanıb? – Nərmin ondan cavab gözləməyərək xidmətçiyə dönüb qışqırdı. – Sizdə açar var.

-Əlbəttə var, amma sizin yoldaşınız onu məndən zorla alıb, guya kiminsə  içəri girib onu natahat etməsini istəmirmiş.

-Onda nə edək, qapını yalnız içəridən açmaq olar.

Ağ geyimli oğlan ona təskinli baxış verərək qapını döyməyə başladı. – Onda xahiş edək özləri açsınlar. Madam ki, gözlənilməz içəri girə bilmədik, qoy özləri bizi buraxsın. – o gülərək davam etdi - Bu arada mənim adım Əlidir, belə şəraitdə tanış olmağımıza çox şadam.

Nərmin bu gün ərzində ilk dəfə gülərək ona öz adını təqdim edəcək anda qapının dəstəyinin taqqıltısı onu fikrindən yayındırdı. Dəstək asta-asta əyilsə də qapı öz növbəsində sürətlə onların üzünə açılaraq onları diksindirdi. Nərmin özü də bilmədən Əlinin əlini bərk sıxmağa başladı. Çün önlərində açılan qapı onlara dəhşətli bir mənzərinin üstünü açdı. Bayaqdan qapının altından axan qanın yiyəsi yerə sərilmiş, təyyarəçi paltarı geymiş, ətrafı qan ilə boyayan kim isə idi. Yerdə uzanan bu şəxs daha çox pilota bənzəyirdi. Güllə onu boynundan tutmuşdu. Məhz bu səbəbdən o bu qədər qan itirib. Boğazda yerləşən arteriya damarının deşilməsi ona şans qoymamışdı. Qapını açan isə əlində qara silah, qara eynəkli Sürücü idi. Nərmin o an onu tanıdı. Silah birbaşa onlara tuşlanmışdı. Az keçmədi ki, o, silhın lüləyini Əliyə tərəf sürüb eynəkaltı onu diqqətli süzdü. Birdən Nərmin ona tanış olan Sürücünün səsini eşitdi:

-Sən kimsən?

-İzin verin özümü təqdim edim. Mən....

-Lazım deyil, ikiniz də içəri girin.

Əli ilə Nərmin yerdə uzanmış leşi adlayaraq silah nəzarəti atında içəri adladılar. Əgər ölən pilotdursa bəs təyyarəni kim idarə edir? Hələlik bunun fərqinə varmayan iki nəfər içəri daxil olan zaman arxalarından xidmətçi qızın səsini duydular:

-O, ikinci pilotu öldürüb. Bizi də bir-bir...

Ona fikir verməyən Sürücü dərhal qapını onun üzünə bağladı.

 

 

 

 

 

                                         AKT-17

İtaliya. Vatikan. Axşam saatları. Kamerrariydən Qüdsə getmək razılığını sözün əsl mənasında qoparan Papa Yeddinci Benediqt həmən hazırlıq işlərinə başladı. Kamerrariyə isə hazırlaşmaq əmri verdi. Sonunda onun da hazırlaşması üçün çox şey lazım gəlmədiyini Papa özü də bilirdi. Müqəddəs ataya səfər nə qədər uzaq olsa da yalnız bir incil kitabı, sutanı və pak qəlbi bəs edər. Harada olursan ol, Allahla olmaq kifayətdir ki, azmayasan. Uşaqlıqdan bəri Kamerrariyə bunlar öyrədilib. Florensiyanın kasıb məhəllələrində doğulan Antonio Kamerrariy vəzifəsinə yüksəlməsindən əvvəl çox keşməkeşli həyat yolu keçib. Anası doğuş zamanı əlverişli şəraitin olmaması üzündən vəfat etmişdi. Atasından isə hələ doğulmamışdan doqquz ay öncə məhrum olan Antonio onun barəsində qətiyyən heç nə bilmirdi. Kimsəsiz uşaqlar evində yeddi yaşa adlayan Antonio  bir italyan ailə tərəfindən oğulluğa götürüləndə sevincinin həddi-hüdudu olmasa da bu sevinc anları çox çəkmir. Az sonra uşaqlar evində daha xoş güzaranının olduğunu anlayan Antonio səkkiz yaşında daim döyüldüyü evdən qaçıb, təhlükəli Florensiya küçələrinə düşür. Yaşamaq üçün oğurluq edən uşaq başqa çıxış yolu axtarmaq barədə heç düşünmürdü. Bu cür güzarana alışmağa başlayırdı. Onun puç həyatını bir şənbə günü xilas etdi. Adəti üzrə çörək və şirniyyat satılan dükanların birindən bir günlük qarnını doydurmaq üçün bir paket şirni oğurlayan Antonio sovqatını qoltuğuna alıb həmişəki kimi qaçmağa başladı. Bu dəfə bəxti gətirmədi, çünki oğurluq satıcının gözündən yayınmadı. Birbaş oğrunun dalınca düşən qoca satıcı onu axıra qədər təqib edəcəkdi, gəl ki, yarı yolda sürətini artıran, bir az da qorxudan bərk qaçan Antonio yaxşı bilirdi ki, tutulsa yenə bərk döyüləcək, həm də Florensiya polisi artıq ona tanış idi. O, başını aşağı salıb yaxşı tanıdığı küçə boyunca qaçırdı. Birdən özü də bilmədən kiməsə dəyib yıxıldı. Başını qaldırıb baxanda cavan bir oğlanı gördü. Onun boynunda sutan var idi, demək ki, kilsə xidmətçisi idi. O, uşağı yerdən qaldırıb əlindən saldığı oğurluq paketi də özünə qaytardı. Elə bu zaman uzaqdan qaçaraq onlara çatan satıcı hirsli baxışlarla işarə barmağını balacaya zilləyərək çığırdı:

-Axır ki, yaramaz. Düşdün əlimə. Çox sağ olun ki, onu saxladınız. Mənim dükanımdan oğurlayıb. – deyə uşağın əlindənki paketi göstərərək.

-Nə oğurlanması? – qara kostyumlu, sutanlı şəxs soruşdu. – heç bir oğurluq bir şey olmayıb. Oğlum mənim üçün çörək alıb, uşaq ki uşaq, bircə deməyin ki, pulunu ödəməyib – bunu deyib 45 pessonu satıcıya uzatdı.

Satıcı pulunu alsa da sutan gəzdirən kilsə adamının necə ata olması haqda hələ çox düşünməli oldu. Satıcının uzaqlaşdığını izləyən Antonio ömrünün sonuna qədər xilaskarından ayrılmadı. Benediqt hara getdisə, onu da özü ilə apardı. Kilsə ona övlad atası olmağa icazə verməsə də, tale ona oğul bəxş etdi.

Papa Yeddinci Benedikt indi də Kamerrariy təyin etdiyi oğlunu Qüdsə göndərdiyi üçün peşman deyildi. Ondan etibarlı adam tapmaq qeyri-mümkündür. Kamerrariy Qüdsdə, Tropanus çölündə və Qolqofa adlanan yerdə arxeoloqlar və digər xüsusi təyinatlı insanların nə etdiyini, hər addımını Papaya çatdırmalı idi. Düzdü, o, bu cür casus növlü işlərə alışmayıb, amma tanrının rizası olan yerdə heç nə mümkünsüz deyil. Həm Kamerrariyin də qəribə xüsusiyyəti var. O, hər qərib yerə və tanımadığı insanlara tez yovuşub adaptasiya olmağı bacarır.

Kamerrariy ona ayrılmış otaqda özünü qaydaya salırdı. Həmişəki qara papaz plaşını geyərək saçlarını arxaya daradı. Güzgünün qabağından sutanı qaldırıb boğazına taxdı. Biznesmeni qalstuku kimi müqəddəs atanı da sutansız təsvir etmək çətin olar. Ona daha heç nə lazım deyildi. Maliyyə məsələsini Vatikan həll edəcək. Yəqin ki, belə xırdalıqlar barədə Papa artıq düşünüb. O, son dəfə güzgüyə baxaraq ürəyindən gələn səsi eşitdi – Bütün bunlar həqiqət ola bilməz – Üzünü güzgüdən ayırıb aşağı mərtəbəyə düşməyə üz qoydu. Burada onu kilsə keşikçiləri gözləyirdi. O, onlara fikir vermədən bayaqdan onu gözləyən Papanın yanına keçdi:

-Mən hazıram, ata.

Papa ata kəlməsini eşidəndə sanki itirilmiş qəlbini geri qaytardı. O, yenidən ona ata deyir.

-Mən hazıram, ata. Xeyir-dua verin.

-Çox istərdim sən həqiqətən orada gördüklərinə hazır olasan.

-Narahat olmayın. Sizdən eşitdiklərimdən sonra mən hər sürprizə hazıram.

İki dəqiqədən sonra Papadan xeyir-dua alan Kamerrariy San-Tereza küçəsi ilə irəliləyirdi. Papa bu səfəri camaatdan gizli saxlamaq istədiyi üçün nəqliyyatı bir az aralıda sifariş etmişdi. Kamerrariy lazım olan yerə çatanda rəsmi Vatikanın daim istifadə etdiyi avtomobilləri gördü. Onun önündə üç qara MITSUBISHI dayanmışdı. Kamerrariy ən souncuya minərək yerini rahatladı. Bu onun yaxın sutka ərzində rahat olduğu yeganə məkan olacaqdı. Yarım dəqiqə sonra üç MITSUBISHI qaranlıq San-Tereza küçəsi ilə aeroporta tərəf istiqamət alaraq gözdən itdi.  

 

 

                                            AKT-18

İsrail. Təl-Əviv. Axşam saat 22:30. Alan iri yük maşınının üç nəfərlik oturacağının birində özünə yer eləmişdi. Salamon xüsusi həvəslə öz maşınını idarə edirdi. Avtomobildə radio işlək vəziyyətdə olsa da mühərriklərin gurultulu səsindən heç nə eşidilmirdi. Radionun musiqisi, maşının gurultusu və Salamonun kəsilmək bilməyən söhbətləri bir-birinə qarışmışdı. Alan küçədə Ferrarini görəndə gələcək səfərini belə təsəvvür etmirdi. Dəqiqələr keçdikcə Alan daha bu dözülməz səsə dözə bilməyəcəyini anlayırdısa da Salamona bir söz deməyə cürət etmirdi. Pəncərədən bayıra baxanda hər tərəf orta yüksəklikdə binalardan ibarət enli küçələri əks etdirirdi. Amma axşamın bu çağında burada heç kəs yox idi. Hamı elə bil qeyb olmuşdu. Ətraf kimsəsiz və sakit idi. Küçənin sükutunu yalnız Salamonun maşınının mühərriklərinin səsi pozurdu.

-Məgər Mister Bernard bizim üçün daha əlverişli nəqliyyat təşkil edə bilmədi?

-Oo... Əlbəttə, bunun üçün hətta mənə 3000 evro da verdi. Lənətə gəlmiş pulların hamısını uduzdum. O, əlbəttə elə bilir ki, biz təyyarə ilə gələcəyik, birinci klasla, amma qismət olmadı. Həm sən də bu balaca sirri ona deməyəcəksən. Elə deyil?

-Nəyə görə belə əminsən ki, ona deməyəcəyəm?

-Başımdakı yarığa görə, lənətə gələsən. – Salamon cavabı acıqlı versə Alanın baxanda özü də gülməyə başladı. Sonra yola baxıb fikrə getdi – Məni yalnız bir şey narahat edir.

-Nə?

-Mister Bernard mənə tapşırmışdı ki, gedib-qayıtmağım çox uzun sürməsin. Görünür, o zəhləm getmiş yerdə sizin olmağınız çox vacibdir.

-Nədən bildin? – Alan yaranmış vəziyyətdən istifadə edərək ondan daha çox informasiya almağa çalışırdı.

-Onun uzun-uzadı ABŞ-ın baş naziri ilə telefonlaşması lap zəhləmi tökmüşdü. Bunun səhər onun kabinetindən əsəbi səslər eşitdim. O, telefonla danışırdı. Eşitdim ki, hansısa geoloq barədə danışırlar.

-Arxeoloq demək istəyirdiniz? – Alan Salamonun onun peşəsini səhv salmasından artıq bezmişdi.

-Nə arxeoloq? Heç bir arxeoloqdan söhbət getmirdi. Kiminsə söhbətinə qulaq asmaqdan zəhləm gedir, amma mən dəqiq eşitdim. Mister Conas Bernard dedi: “Qeyb olan geoloqun tələbəsi günü sabah yanımızda olacaq”.

Alan qulaqlarına inanmırdı. Qeyb olan geoloqun tələbəsi. Söhbət onun özündən gedir. Onun müəllimi geoloq idi. Məhşur geoloq Devid Levis. Qeyb olan geoloq? Bu necə ola bilər. Devid həmişə dəqiq insan olub. O, heç nədən işi atıb qeyb ola bilməzdi. Onun sevimli devizi Alanın yadına düşdü. O həmişə təkrar edərdi: “Mən yoxamsa, ölmüşəm”. Onun başına bir iş gəlib. Bu yəqin məsələdir. Amma nə? Alan düşüncələrə qapılıb öz-özünə soruşdu – Niyə bunu araşdırmağa məni göndərirlər. – Bu zaman Salamon onun fikrini dağıtdı:

-O özü sizi ora çağırıb.

-Necə?

-Sən Devid Levisin xahişi ilə Qüdsə yollanırsan?

-Axı siz indicə onun qeyb olduğunu və mənim onun tapılması üçün ora getdiyimi dediniz. Necə ola bilər ki, itən adam özü kimin onu axtarmasını sifariş etsin.

Salamon qaş-qabağını turşudaraq astadan dedi – O lənətə gəlmiş şəhərdə hər şey mümkündür.

Alan çaşqınlıq içində əlində olan hər şeyi götür-qoy eləməyə başladı. Devid müəllim Qüds şəhərində tədqiqat aparırdı. O hətta özü ilə bir sıra alimləri də aparmışdı. Qüdsdə naməlum tapıntı tapılır. Elə həmin zaman Devid müəllim yox olur. Hamı onu axtarır. Amma o, mənim onu tapmağımı istəyir. Axı bu necə ola bilər? Bəlkə Salamon nə isə səhv salır. Alan dərhal müəlliminin-tanınmış geoloq Devid Levisin devizini xatırladı. “Mən yoxamsa, ölmüşəm”. Doğrudan da bu insan həmişə iri planda olmağı xoşlayıb, heç vaxt uzun müddət harayasa getməyib. Onu tapmaq istəyən həmişə onun daim aktiv üç nömrəsinə zəng edə bilər. Əlbəttə, Alan onun bu nömrələrini çox gözəl bilirdi. O cəld boz pencəyinin cibindən köhnə markalı mobil telefonu çıxardıb müəlliminin ən çox istifadə etdiyi nömrəni yiğdı. “YES” düyməsini basan kimi telefonu qulağına yaxınlaşdırdı. 10 saniyədən sonra Salamon gözünü yoldan çəkib yanında oturan Alana nəzər saldı. O, telefonu qulağına dirəyib nəyəsə diqqətlə qulaq asıb gözlərini bərəltmişdi. Baxışlarında çaşqınlıq duyulurdu. Salamon onun bu halını görüb bir gözü yolda soruşaraq:

-Kimə zəng elədin? Alan telefonu qulağından çəkməyərək barmağını ağzına tutub - tşşıı – deyə sakit olmağı xahiş etdi. Salamon onun cəld radionu söndürməyini görəndə hirsini saxlaya bilmədi. – Nə olub axı? – Sakitçilik. Alan telefonda yeni nömrə yığmağa yığıb, yenə xəttdə nəyəsə diqqətlə qulaq asmağa başladı. – Maşını saxla – deyə Salamona bağırdı. O da öz növbəsində ona tərs baxaraq:

-Dəli olmusan?

-Saxla bu mühərriyi.

-Niyə axı, lənət şeytana.

Salamon dönüb Alana baxanda onun da ona zillənmiş gözlərini gördü. Onun gözləri ciddi və həyəcanlı idi. Özü bilmədən niyə Salamonun sağ ayağı əyləyə oturub maşının sürətini azaltdı. Daha bir neçə saniyədən sonra qaranlıq küçədə daynan yük maşınının içində oturan Alan daha bir nömrə yığıb telefonu Salamona uzatdı. Sonuncu inamsızlıqla onu alıb qulaq asmağa başladı. Bir neçə çağırış siqnalından dərhal sonra qəribə söz eşidildi. “Sayn” Ardınca həmin söz dalbadal təkrarlanmağa başladı. Sonda uzun siqnal və xətt kəsildi. Salamon çaş-baş qalıb Alana baxdı:

-Bu nə idi?

-Bu Devid Levisin nömrəsi idi.

-Bəs niyə....

-Mən də bilmirəm, amma nə isə qəribə şey baş verir.

-Yox əşi, onun nömrəsi xarabdı, vəssalam.

-İnanmıram hər üç nömrə eyni sözü təkrar etdi.

-Bu lənətə gəlmiş sözün mənası nədir axı. Sayn bizim dildə deyil.

-Bilmirəm. – Alan bir az fikrə getdi. Hər üç nömrə eyni ssenari üzrə təkrarən eyni sözü, “Sayn” sözünü təkrar edirdi. Yəhudi dilində belə söz mövcud deyil. Alana məlum olan ikinci dildə ingilis dilində isə, o, Salamona çevrilərək – Bu ingilis sözüdür. SAYN ingiliscə SİNE yazılır.

-Bu söyüşdür?

-Yox. Bunun latın sözü olub SİNUS sözündən götürülüb. Mənası triqonometrik funksiyadır. Riyaziyyat termini.

-Nəyə görə sənin müəllimin nömrələrinə bu sözü yerləşdirib, siz alimlər həmişə sərsəm işlər görürsünüz. Bunun nə mənası var axı.

-Triqonometrik funksiya özünə görə riyazi oyundur. Bununla kimsə telefon nömrələri vasitəsilə hansısa oyunu oynayır.

-Oyun? Sənin ağlın çaşıb nədi? Cənab Devid yaşlı insandır. O nə üçün səni hansısa oyuna cəlb etməliydi?

-Doğrudur o, bunu etməzdi. Məncə onun nömrələri artıq onun ixtiyarında deyil.

-Nə?

-Məncə, müəllimim girov götürülüb. Bunu edən isə bizimlə oyunbazlıq edir.

-Axı sən bunu haradan bilə bilərsən?

-SİNUS triqonometrik funksiya oyununu yunanların bir-birini azdırmaq, sonda isə dolaşmış cavabı tapmaq üçün istifadə etdikləri tapmaca formasıdır. O kimsə bizim nəyisə tapmağımızı istəyir?

-Cənab Devid Levisi?

-Yox, bu oyun daha çətin labirintə bənzəyir. Maşını işə sal. Biz Qüdsə tez çatmalıyıq.

Bir-iki dəqiqə sonra Salamonun idarə etdiyi yük maşını ulduzların və tutqun buludların arxasından boylanan çəhrayı ayın zəif işıqlandırdığı şosse ilə irəliləyib gözdən itdi.

 

 

 

                                             AKT-19

İsrail. Qüds. Tropanus çölü artıq günəş şüalarının ilk işıltılarını hiss etməyə başladı. Onsuz da istidən tam soyumamış torpaq yenə qızmağa başladı. Lentlənmiş sahənin daxilində torpaqdan qazıb çıxarılmış sərdabənin keşiyində oturan Assasin qabaqdan gələn dörd fiquru izləyirdi. Onlar ona tərəf asta addımlarla irəliləyirdilər. – Həm öz əcəllərinə sarı irəliləyirlər – Assasin əlini belinə bağlanmış qılınca apardı, özü də bilmədən onun dəstəyini ovcuna sıxdı. Beyin avtomatik olaraq plan hazırlamağa başladı. İlk növbədə bu yaxınlaşan insanların kimliyini öyrənmək lazımdır.

Yaxınlıqda yerləşən Qolqofa adlı yer hər zaman turistləri özünə cəlb edir. Özündən razı turistlər isə çox vaxt bura ilə kifayətlənməyib ətrafı da gəzməyə və şəkil çəkməyə üz qoyur. Səhrada belə ideyaların bədbəxt hadisələrlə bitməsi də az olmayıb. Ümumiyyətlə Qüds şəhərində turistləri cəlb edə biləcək bir çox daha önəmli yerlər də mövcuddur. Müqəddəs Tanrı Məbədi hər il yüzlərlə insanı bura səsləyir. Amma bu ziyarətgaha çatmamışdan əvvəl turistlər, və ya onların özlərini adlandırdığı kimi desək zəvvarlar öncə Via-Dolorosa küçəsindən keçməlidirlər. Bu isə elə-belə küçə deyil. Qüdsün ən tanınmış küçəsi iki min il əvvəl Roma canişini Pontiy Pilatın əmri ilə İsa peyğəmbərin əzabla keçdiyi küçədir. Buna xatirə olaraq hər il bura əllərində nəhəng xaç götürüb minlərlə zəvvar xristian məsihlərinin yolunu davam edərək bu yolu qət etməyə üz qoyur. Onların yolu Qolqofa adlanan yerə qədər davam edir. Turistlər özlərini iki min il əvvəl baş verən hadisələrin şahidi kimi hiss edir. Bu belə də olmalıdır, çünki Qüdsün daha bir özəlliyi var. Buranın küçələri o zamandan bəri heç dəyişməyib. Necə vardısa o cür də qalıb. Bu zəvvarlara xüsusi zövq verir. Ancaq onlar hərdən öz yollarında azıb səhrada itgin düşürlər. Qüdsün mühafizə orqanları sonradan onları tapmaq üçün əldən-ayaqdan çıxır.

Bəlkə indi Assasinin gördüyü dörd nəfər ona yaxınlaşan insan da həmin yolundan çıxmış zəvvarlardandır. Amma bunun heç fərqi yoxdur. Günahı oldu – olmadı, sərdabəyə yaxınlaşan hər kəsin bir sonu var – Ölüm. Assasin öz işini nə olursa olsun axıra qədər çatdıracaq. Öldürmək yaxşı iş deyil, amma profissionallıqla törədilən qətl əsl sənət əsəridir. Assasin isə öz işinin sözsüz sənətkarıdır. Hər törədilən qətl onu qatillik sənətinin incəliklərini dərk etməyə, təcrübə və özünə inam qazanmağa kömək edir. Bu insanlar da bir neçə dəqiqədən sonra onun ölüm oyuncağına çevriləcək.

Yenicə dan yeri ağaran kimi günəşin ilk şüaları topa buludların arxasından boylanaraq ətrafa saçılan tək həmin uzaqdan gələn dörd zəvvarın üzərinə də işıq saldı. Assasin bayaq görə bilmədiklərini indi dəqiq sezə bildi. Onlar dördü də yaşıl paltar, tünd papaq taxıb, eyni ritmlə irəliləyirlər. Hər dördünün ayağında uzun, dizdən bir az aşağı çəkmə var. Onlar iri-iri addımlarla sərdabəyə yaxınlaşırdılar.

-Başıboş turistlər. Sizin ölümünüz plana daxil deyil. – Assasin ürəyində yeni potensial şikarların meydana çıxmasına sevinsə də onların əlavə problem yarada biləcəyini başa düşürdü. Buna baxmayaraq onu da elə bura problemləri həll etməyə yollayıblar. O da bacaracaq. Bacarmalıdır. Assasinlər hələ heç vaxt məğlub olmayıb, geri çəkilib, amma məğlub olmayıb.

Assasin gizlin yerdə pusquda durub şikarını gözləyirdi. Ovun dalınca düşməkdənsə onun sənin üstünə gəlib çıxması əlavə şans verir. Günəş artıq tam buludları adlayaraq açıq səmaya çıxdı və şüaları daha parlaq saçmağa başlayanda turistlərin üzərinə düşən işıq Assasini bərk həyəcanlandırmaya bilmədi. O indi uzaqdan sezə bilmədiyini gün işığı altında aydın dərk etdi və gördüyü onun heç ürəyincə olmadı. Dörd nəfər, tünd papaqda, uzun çəkmədə, yaşıl paltarlı eyni ritmlə gəlir. Əlbəttə, o səhvini başa düşdü. Bunlar adi turist və ya hər hansısa zəvvar deyil. Əsgərlər. Xüsusi təyinatlı ABŞ əsgərləri. Vaxt tamam olmuşdu. Assasinin öldürdüyü əsgərlərin növbəsi bitdi və əvəz etmək üçün bazadan digərləri göndərilib. O birilərindən fərqli olaraq onlar sağdırlar, hələ ki sağdırlar. Sözsüz adi turisti aradan götürmək daha asan olardı, görünür bu gün Assasinin işi bir az çətin olacaq.

Günəş qəflətən qopmuş küləyin gətirdiyi buludların arxasında gizləndi. Əsgərlər Tropanus çölünün yarıqaranlıq sübhündə sərdabəyə yaxınlaşırdılar.

 

 

Категория: Fəridin kitabı | Просмотров: 1050 | Добавил: NF | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz