Fərid Məmmədov
Bazar ertəsi, 25.11.2024, 00:37
Меню сайта

Разделы новостей
Şəkil [10]
Fəridin kitabı [10]
Musiqi [7]
Dan Brown [4]
Dünyəvi xəbərlər [5]
Din [1]

Форма входа

Календарь новостей
«  Август 2008  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Поиск

Друзья сайта

Статистика

Online toplam 1
Qonaq 1
İstifadeçi 0

Мини-чат
200

Наш опрос
ƏN YAXÇI UNİVERSİTET?
Всего ответов: 15

Главная » 2008 » Август » 28 » Proloq
Proloq
03:11

http://ww                                      PROLOQ                                                                   

Tanınmış geoloq qoca professor Devid Levis Qüds şəhərində təsadüfən tapdığı gizli sərdabəni sabah ertədən müşahidə edəcəkdisə də dözməyib elə axşamın qaranlığında aşkara çıxartdığı daş divarlı qəbir sərdabəni yoxlamağa başladı. Professor tək idi. Yanında çalışdığı köməkçilər dan yeri qaralanda çoxdan ondan ayrlmışdılar. O əlini yerin altından qazılıb çıxarılmış bu möcüzəli sərdabənin divarlarına gəzdirməyə başladı. Özü də duymadan fərəh hissi onu bürüdü. Belə böyüklükdə qəbir evləri tapmaq hamıya nəsib olmur. Kaş ki, şagirdi Alan yanında olaydı. Sağ əlini yenə divara gəzdirəndə qəribə çıxıntı hiss etdi. Professor diqqətini həmin çıxıntıya cəmləyərək onun nə olduğunu bilmək üçün cibindən torpağı emal etmək üçün hazırlanmış xüsusi fırçanı çıxartdı. Divardakı çıxıntını təmizləməyə başladı. Bir-iki sürtmədən sonra professor gözlərinə inanmadı. Divar təmizləndikcə orada simvola bənzər işarələr görsənməyə başladı – Bu yazıdır, qədim yəhudi yazısı – O kisti yenidən işə salaraq 20 sm-lik yazını daha dəqiq öyrənmək üçün silməyə başladı. Bu dəfə gördüyündən dəhşətə gəldi. – Ola bilməz, yox, bu mənim düşündüyüm ola bilməz. – Amma bu elə məhz professorun düşündüyü idi. O digər cibindən cib fənərini götürüb yazıya işıqlandırdı. Nə qədər inandırıcı olmasa da professorun gözünün qabağında qədim yəhudi işarəsi meydana gəldi      Bu işarə professora tanış idi. Həm də çox tanış. Bu işarə yalnız bir məna verə bilər. Verdiyi məna isə içəridə sərdabənin nə saxlandığını anladırdı. Professor şokda idi, ağlına belə gətirmədiyi hadisənin şahidi olurdu, elə bir hadisənin ki, qlobal fəlakətə səbəb ola bilər. Heç düşünmədən cəld yerdə qoyulan geoloq çantasını açdı və içərisindən orta irilikdə çəkic çıxardı. Gözləmək olmaz, əmin olmaq lazımdır. Əli ilə oxşayaraq divarın zəif yerini tapdı. Uzun dəmir qırıntısı tapıb ora bərkitdi, sonra çəkiclə var gücü ilə dəmirə zərbə endirdi. Endirdiyi zəbədənsə dəmir parça divarı yarıb o biri tərəfə keçdi. Tez dəmiri çıxararaq yaranan dəlikdən baxmaq istəyən Devid qaranlıqdan heç nə görmədi. Geri çəkilib bu dəfə fənəri yandırıb içəri işıq saldı və yenə baxdı və baxmağı ilə qorxudan dala atlanmağı bir oldu. – Yox, yox – Fənərlə çəkici əlindən yerə salaraq qaçmağa üz tutan Devid ilk öncə buradan bayıra çıxmaq və bacardıqca uzağa qaçmaq istəyirdi. Sərdabənin içərisi qaranlıq olsa da o, istədiyi və şübhələndiyi şeyi görə bildi. – Burdan uzaqlaşmaq lazımdır – O, bayıra çıxmaq üçün torpağı qazarkən düzəldilmiş pilləkənlərdən yuxarı qalxan zaman həyəcandan müvazinətini saxlaya bilmədi, ayağının altındakı torpaq pilləkanın dağılması və professorun ayağının boşa çıxması onun arxaya yuvarlanıb beli üstə yıxılmasına səbəb oldu. Bir neçə saniyədən sonra özünü toparlayıb gözlərini açıb qalxmaq istərkən isə boğazına qılınc dirəmiş uzun sarı saçlı qısaboy naməlum birisini gördü. Titrək səslə özü də bilmədən soruşdu – Sən  kimsən? – Naməlum şəxs isə qılıncı yuxarı qaldırdı, başının üstündə tutaraq – Assasin – deyə qılıncı yenidən aşağı endirdi, bu dəfə professorun boynuna. Devid başından ayrıldığını hiss etdi.

 

Категория: Fəridin kitabı | Просмотров: 1057 | Добавил: NF | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz