Fərid Məmmədov
Cümə axşamı, 28.11.2024, 18:04
Меню сайта

Разделы новостей
Şəkil [10]
Fəridin kitabı [10]
Musiqi [7]
Dan Brown [4]
Dünyəvi xəbərlər [5]
Din [1]

Форма входа

Календарь новостей
«  Август 2008  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Поиск

Друзья сайта

Статистика

Online toplam 1
Qonaq 1
İstifadeçi 0

Мини-чат
200

Наш опрос
Ən yaxçı Bakı Kəndi hansıdır?
Всего ответов: 7

Главная » 2008 » Август » 28 » Akt-1
Akt-1
03:14

 

                        AKT-1

 

   “Yeni günün başlaması ilə yeni həyata başlayacam. Daha qayğılı, daha mükəmməl yox...artıq bu səfehlik məni bezdirib. Əslində mən daha yaxşısına layiqəm sən ki bilirsən. Salehin yersiz atmacalarına dözməkdənsə, sənin dediyin kimi edəcəyəm. Bunun üçün sənin köməyin lazımdı. Danış onunla, özü də günü bugün. Mənim işimi dəyişsin. Yoxsa məni nə sən nə o daha görməyəcəksiz”

                                                                     ....NƏRMİN....

 

      Mesajı yazıb göndərəndə Nərmin hələ bilmirdi ki, bu onun  həyatda göndərdiyi son mesaj olacaq. “передат” düyməsi elə bil elə özü basıldı, xırda elektron impulsları telefonun hər bölməsini ani surətdə əhatə edib baş sxemə yönəldi. Yaddaş öz işini hamısından tez başlayıb-tekst formatlı mətni yaddaşa yazıb, saxladı və bitirdi. Bunun üçün yüz milyardlarla ionlaşmış neytronlardan əmələ gələn elektron nüvələri aktivləşdi.Bu isə hələ işin başlanğıcı sayılır. Ekranda ani olaraq “СООВШЕНИЕ ПЕРЕДАНО” sözü işıqlandı. -Demək bu lənətə gəlmiş mesajı axır ki, göndərə bildim-deyəndə Nərmin haradan bilə bilərdi ki, 57 saatdan sonra bu sözə görə o ölümün bir addımlığında olacaq. Qeyd edək ki, jurnalistika fakültəsini yüksək müvəffəqiyyətlə bitirən Nərmin kasıb bir kirayə otağında qalmasına görə həyatından narazı deyildi və buna görə şükürlü idi desək yanılarıq. Kirayə pulunu, yeyib-içmək, bir sözlə dolanışığını özü yox, Moskvada alverlə məşğul olan atası verməsinə baxmayaraq bu cür güzaran da ona yetmirdi. Özünü isə atası min yalvar-yaxarla dayısı Salehin yanında işə düzəltmişdi, köməkçi kimi.

       Ekrana kontur hesabı yazılanda Nərmin artıq bu mesajı göndərməyinə peşman idi. Bir an tələb edən mesaj göndərmə çox asan proses sayılsa da - bizim üçün – ani zaman ərzində baş verən hadisə yarım milyard tezlikli elektrositlərin fəallığı ilə əmələ gəlir. Təsadüfi deyil ki, on doqquzuncu əsrin məşhur alim tədqiqatçısı Popov radiodalğaları icad edəndə hələ bilmirdi ki, onun bu kəşfi çox keçmədən ildırım sürəti ilə inkişaf edərək müasir zamanın ən yüksək texnologiyası sayılacaq, hansı ki neçə dövlətin tənəzzülünə, neçəsinin dirçəlişinə, casus təşkilatların silah mənbəyinə hətta sonunu da desək kosmos vasitəsilə planetlərarası əlaqə saxlayan astronavtların çörək ağacına çevriləcək. Bu kəşfi edən xoşbəxt adam sayıla bilər, nəzərə almasaq ki, o vaxt rus alimləri sadəcə olaraq Popova gülüb bunu sıradan bir  kəşf hesab edirdilər-qəribədir amma Popov da bu fikirdə idi.

       -Gərək mesajı belə sərt yazmazdım, heç göndərməsəydim daha yaxşı olardı. Eh, vaxtı geri qaytarmaq olmur ki... -deyən Nərmin bu fikrinin yanlış olmasını tezliklə dərk edəcəkdi. Zamanı geri qaytarmaq, cəfəngiyyatdır amma mümkün.

 

Категория: Fəridin kitabı | Просмотров: 1070 | Добавил: NF | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz