Fərid Məmmədov
Bazar ertəsi, 25.11.2024, 00:32
Меню сайта

Разделы новостей
Şəkil [10]
Fəridin kitabı [10]
Musiqi [7]
Dan Brown [4]
Dünyəvi xəbərlər [5]
Din [1]

Форма входа

Календарь новостей
«  Август 2008  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Поиск

Друзья сайта

Статистика

Online toplam 1
Qonaq 1
İstifadeçi 0

Мини-чат
200

Наш опрос
Ən yaxçı Bakı Kəndi hansıdır?
Всего ответов: 7

Главная » 2008 » Август » 28 » Akt-2,3,4
Akt-2,3,4
03:22

AKT-2


Nərmin 26 yaşlı, orta və ali məktəbi kafi qiymətlərlə bitirən çox cazibədar bir qız idi. Atası Sergey Vasilyev rus, anası Gültəkin bakının ziyalı ailələrindən çıxmışdı. Metis olduğuna görə o cəlbedici və gözəl idi, atasından hədiyyə tünd göy gözləri qara ilə fəqlənmirdi, qara saçlarla həmahənglik yaratmışdı. 10 yaşında valideynlərinin ayrılması ona ağır zərbə  oldu, amma mənəvi cəhətdən. Evin, ana və qızın bütün təminatını Sergey həmişə artığına qədər ödəyirdi. Lakin bəzən bu kifayət etmir, Nərmindən yaxşı isə atasızlığın nə olduğunu kim bilə bilər. Boyu 170 sm, qaməti də yerində olan Nərminin tələbəliyin 5 ili ərzində heç bir rəfiqəsinin olmaması qəribə deyildi. Sözsüz hamı ilə sərt, acı və vulqar tərzdə danışan biri ilə kim uzun müddət yaxınlıq edə bilər. Xarakteri dəyişmək ki olmaz. Əslində onun belə pis xasiyyətinin olması, özünə qapanması, anormal davranışı uşaqlığının evdə tək, kimsəsiz, yalqız və ünsiyyətsiz olması ilə izah etmək çox asan olardı. Həqiqətdə insan xarakterini şərtləndirən əsas aspektlərdən onun temperament növü, psixi durumu, cinsi, antoloji xüsusiyyətləri və ən sonunda keçirmiş olduğu hər hansı bir sarsıntının psixi izi ola bilər. Bunun hansılarının Nərmində olduğunu isə yalnız onun psixoloqundan soruşmaq olardı, əlbəttə belə birisi olsaydı...

       Bu gün qız tamam başını itirmişdi. İşə gecikməsinə baxmayaraq onu indi narahat edən işə nə geyinəcəyi idi. Məsələ onda deyil ki, geyinməyə bir şey yoxdur, əksinə, seçim qarşısında qalmaq da asan iş deyil, xüsusən hər gün avanqart və müxtəlif geyinən qız üçün.

       -Zəhrimarı dünən geymişdim, bu da köhnədi, bu isə... - telefonun siqnalı Nərmini qəfil diksindirdi, bu zəng siqnalı deyildi -yəqin sms gəlib papadan - yox o sadəcə telefonun ekranında “ДОСТАВЛЕНО” sözünün yazıldığını gördü. Ondan öncə isə artıq bu mesajı Nərmindən daha tez Asiyada iki Assasin adlanan casus qatilləri yüksək texnoloji aparat vasitəsilə tutdular:

         -Assasin Solo, obyekt nəzarət altına düşdü, nömrə məlumdur. Nə edim? – deyə Dio sahibindən soruşdu.

         -Mən əmr vermədən heç bir şey, Dio – soyuq və xırıltılı səslə Assasin Solo həmkarını sakitləşdirdi.

         -Baxın ona yenə zəng gəlir, bu dəfə nömrə tanış deyil.

         -Sakit ol Dio, sadəcə danışığı dinlə.

 

 

 

 

 

                       AKT-3

        -Alo – Nərmin acıqlı və narahat səslə davam etdi – Beş dəqiqə gözləyə bilmirsən yəni?                      

       -Vremya denqi doraqaya – iş yoldaşın səsi eşidildi – Davay tez ol Saleh bəy dayın olsa da i tebya ne pomiluet.

       -Çıxıram Nata. Seyças – deyib o, mavi qolsuz bluzkasını, qısa krem rəngi yubkanı və ona uyğun ayağına uzun qolfi keçirərək bluzkaya uyğun mavi çanta götürüb-götürməz  qapıdan çıxdı. Xüsusi şifrə ilə qapını kilitlədi. Akkord şirkətinin tikdiyi müasir standartlara cavab verən  binanın lifti sözsüz ki, işləmirdi. Amma şirkət bu çatışmamazlığı əlavə nisbətən zəif sürətli asansörlə əvəz etmişdi. Nərmin cəld ona minib 17 mərtəbə aşağı düyməni basdı. - Yenə mənasız iş, Saleh dayı, boş-boş tapşırıqları, hər gün eyni şey, nə vaxta qədər davam edəcək. – Bu düşüncələrlə o birinci mərtəbəyə çatdı, uzun 7 metrlik dəhlizi qət edib böyük darvaza qapısında gözətçiyə yaxınlaşıb ona – Həmişəki kimi pizza gətirənə şifrəni deyərsən. – dedi. Gözətçi razılıq əlaməti olaraq işarə etdi. Qabaqda isə Natəvan tələskənliklə iş yoldaşını gözləyirdi. Onları rəfiqə adlandırmaq olmaz, sadəcə yolları bir olan jurnalistlər.

         -5 dəqiqən keçdi...

         -Bəsdi görək, taksi tutmaq lazımdı, bugün avtobusdan keçdi uje.

        -Sən evdə çapalayanda mən saxladım birini - əli ilə yanlarında dayanmış taksiyə işarə edərək. Onlar cəld VAZ-2107                               markalı maşına əyləşmək üzrə idilər ki, Natəvanın mobil telefonu zəng çaldı. O üzr istəyərək qırağa çəkildi və 17 saniyə keçməmiş geri qayıdıb özünə oxşamayan bir səslə dedi:

       -Mən sənlə gedəsi olmadım Niquş, bağışla sroçni işim çıxdı.

       -Qurtar görək, bayaqdan beynimi xarab eləmişdin bəs...

       -Yox, doğrudan işim var, izvini, poka.

      Bunu deyib-deməz Natəvan elə irəliyə şığıdı ki, heç Nərmin onunla sağollaşa bilmədi. Bu zaman bir qəribə hadisə də baş verdi, sürücü nə icazə, nə də ünvanı almadan qəflətən yola düşdü. Həmkarının nigarançılığını çəkən Nərmin buna o qədər də önəm vermədi, hələ ki. Maşın şosse yola çıxanda isə iş artıq ciddiləşdi. Birincisi ünvanı bilməyən sürücü doğru yola sürürdü, o haradan ünvanı bildi? Bəlkə, Natəvan ona demişdi, ikincisi, sürət artıq 150-ni keçmişdi. Bu lap ağ oldu. İndi o sürücüyə diqqət yetirəndə bayaq görmədiyi məsələləri aydın sezə bilirdi. Jurnalistlik sənətində insanlara qiymət məhz birinci növbədə onların danışıq tərzindən və geyimindən vermək olardı, bu ən asan yoldur. İnsanın xarici görünüşü onun daxilini çox vaxt büruzə verə bilər.  Nəzərə alsaq ki, Bakı taksi sürücülərinin xüsüsi uniforması yoxdur və onlar çox vaxt aşağı təbəqənin üzvləri olur, onda burada təzad əmələ gəlirdi. Onun bu saat diqqətlə sezdiyi sürücü qara kostyum, ağ köynəyin üstündən qara qalstuk və qara eynəkdə idi. Əgər bu taksi sürücüsüdürsə mən adımı dəyişərəm, yox artıq nəisə etmək lazımdı, amma maşın düz gedir, düz ofisə. Bu yanlış fikir maşın şəhər yolundan qırağa dönəndə təsdiqləndi.

       -Bağışlayın, siz düz yola dönmədiniz. Səhv döndünüz.

       -Səhv etmək mənim peşəm deyil, narahat olmayın.

       -Sizin peşənizin nə olduğunu bilmirəm, amma mən jurnalistəm öz redaksiyamda olmalıyam.Bu isə Redaksiyanın yolu deyil.

       -Təəssüf ki, bugün siz iş yerinizə getməyəcəksiniz.

       -Nə?

 

                    AKT-4         

          Asiya. İsrail. Qüds şəhəri. Daimi yəhudi və ərəb çaxnaşmaları məskəni. Ərəblərin burada yüksək dairələrə sahib olmaları yəhudilərin daim qısqanclığına səbəb olmaya bilməz. Sırf yəhudi nöqtəyi nəzərindən çıxış etsək bu şəhər məhz onlara məxsusdur. Nasist alman kəlməsi - Almaniya almanlar üçündür – burada yerinə düşərdi. Düzdü yəhudilərin bu millətlə salam əleyki yoxdur...Yerusəlim də yəni, Qüds yəhudilərə məxsus olmalıdır. Zarafat deyil bir-birinə zidd iki mədəniyyət bir arada. Ara da nə ara, dünyanın ən tanınmış dini ocaqlarından biri. - Ərəblər burada daşı daş üstünə qoymayıb, indi nə üzlə bizim tariximizə xələl gətirirlər. - İsrailin digər bölgələrində bu cür yəhudi-ərəb münaqişəsi daha da gərgin həddədir, Qüds isə nəzarət dairəsində olduğu üçün elə buradakı hadisələrə nəzarət də olunur. Daha maraqlısısa kim tərəfindən nəzarət olunduğudur. İsrail Fələstinlə qarşıdurmaya başı qarışsa da ərazisinin hər qarışını intizamda saxlayır, hər halda çalışır ki, saxlasın. Bura çox böyük marağı olan rəsmi Vatikan müqəddəs şəhərin  kafirlər məskəninə çevrilməsini bəyan edib və bu allahsızlığı tezliklə həll olunması üçün tədbirlər görəcəyini söyləyib. ABŞ..Sözsüz ABŞ da bu işdən vaz keçə bilməzdi. Dini ərazi baxımından şəhərin bir böyük perspektivi olmasa da strateji yöndən çıxış etsək bura sən demə ixtilaflar, separatlar və siyasi qaçaqların məskəni sayıla bilər. Necə deyərlər qoyun dərisi geymiş qurd. Çün sakit görünən Qüds daxildən siyasi oyun və aferaların arenasıdır.

         Tarixi şəhər olduğuna görə onun tarixi tapıntıları da çox əhəmiyyətlidir. Xüsusən arxeoloji qazıntılar zamanı aşkara çıxarılan nadir tapıntılar; saxsı qablar, qəbirlər, yer altına çökmüş 17 əsr yaşa malik daxmalar, gümüş və qızıldan hakimlər üçün hazırlanmış sikkə pullar, insan qalıqları və onların köməyi ilə üzə çıxan etnik mənsubiyyətlər və daha bu kimi qiymətli tapıntılar. Bütün bunlar üçün hər gün səhralaşmış çölün ərazisində 400-dən artıq Digger-yəni yeri xüsusi səliqə ilə oyub qazan arxeoloqlar çalışır. Hər gün səhər saat 8-dən   axşam 7-ə qədər müddət ərzində bu zəhmətkeş tədqiqatçıların başı tamamilə işə qurşanır. Maraqlısı budur ki, onların hüquqi saat rejimi 8 olmasına baxmayaraq bu sənətlərinə aludə olan alimlər 11 saat işləyir, təmənnasız olmasa da. - Biz sənətimizlə məşğul olmayanda daha çox yoruluruq nəinki... - deyən bu fanatiklərin onsuzda düz-əməlli dincəlmə mərkəzləri olmur, 7 nəfərə nəzərdə tutulan çadırlar çox isti, darısqal, narahat və sıxıcı olması ilə yanaşı qeyd etməliyik ki, yaxşı elmi təhsil almış, Avropanın zəngin mehmanxanalarına öyrəşən alimlər üçün burası deməliyik ki, sözün əsl mənasında cəhənnəmdir.

       Bu gün də Tropanus çölündə qızğın iş gedirdi.Lakin bir istisna var, daha doğrusu qəribəlik.Səhərin gözü açılmamış kimsə arxeoloqlardan birinin qışqırıq səsi gəldi. 10 dəqiqə ərzində bütün personal onun ətrafına toplaşdılar.Yarım saatdan sonra 7 qara hərbi maşın göründü. Maşından enən maskalı tünd yaşıl hərbi formalı əsgərlər ərazini boşaltmağa başladı.Təbiətcə sakit olan alimlər qrupu nədənsə asanlıqla dağılışmaq istəmirdilər. Hər tərəfdən çaxnaşma və panik səslər eşidilirdi. İndi axşam saat on ikidir və buranı tanımaq olmur. Ətraf sakitçilik. Mərkəz qırmızı lentlərlə sarılıb, ilk baxışdan bura cinayət törəndilən əraziyə bənzəyir. Sanki, cinayət dəlillərini qorumaq üçün hadisə yerini lentləmişdilər ki, ora daxil olan olmasın. Hər dörd tərəfdə isə maskalı əsgərlərdən biri durmuşdu. Onlar dəqiq tapşırıq almışdılar : içəri heç kim və heç nəyi buraxmamaq, lazım gəlsə silah işlətmək. Əsgərlərin forma və silahlarından onların Birləşmiş Ştatlara məxsus olduğu yəqin edilirdi. SpetsNas-Xüsusi Təyinatlı Əsgərlər. Kaliforniya xüsusi təlimi keçmiş, ayda 6000 $ maaş alan sadiq itlər. Onlar ətrafa yaxşı seçib diqqətlə nəzarət edirlər, amerikanların vaxtilə hindiləri ovladığı kimi onlar qayalıqların, alçaq dağlara casusların onları izləməməsi üçün boylanırdılar. Nəhayət amerikalı əsgər sükuta davam gətirməyib dilləndi:

        -Do you see anybody?

        -Absolutely nothing, sir.

        -Be attentive, our boss doesnt  like mistakes.

Əsgərlər söhbət edən zaman onların izlənmələrinin fərqinə belə varmırdılar. Kimsə onları həm izləyir, həm də eşidirdi. İzləyirdi ki görsün, eşidirdi ki bilsin kimin nə zəif cəhəti var, bunsuz onları aradan götürmək çətin olacaq.

Категория: Fəridin kitabı | Просмотров: 1109 | Добавил: NF | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz