Fərid Məmmədov
Cümə axşamı, 28.11.2024, 17:17
Меню сайта

Разделы новостей
Şəkil [10]
Fəridin kitabı [10]
Musiqi [7]
Dan Brown [4]
Dünyəvi xəbərlər [5]
Din [1]

Форма входа

Календарь новостей
«  Август 2008  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Поиск

Друзья сайта

Статистика

Online toplam 1
Qonaq 1
İstifadeçi 0

Мини-чат
200

Наш опрос
Ən yaxçı Bakı Kəndi hansıdır?
Всего ответов: 7

Главная » 2008 » Август » 28 » AKT-9,10,11,12
AKT-9,10,11,12
03:29

AKT-9

Papa Yeddinci Benedikt əslən fransız idi. Bir çox din xadimlərinin onu gözü götürmürdü. Kardinallar onun həddindən artıq mülayim və sadə olmasını pisləyirdilər. Sözsüz ki, xalqın bu ürəyincə idi. Amma kilsə nəyəsə nail olmaq istəyəndə həmişə ötkəm və sərt xarakter vasitəsilə siyasətçilərin fikrinə müdaxilə edə bilərdi. Bu işdə, bu peşədə zəiflik yaramaz. Bütün bunlara baxmayaraq indi Papa çətin vəziyyətdə bütün gücünü və cəsarətini toplayıb tarixdə görülməyən bir fəlakətin qarşısını almağa özünü qadir bilirdi. Bundan ötrü artıq əlindən gələn hər tədbirə əl atmışdı. Düzənlədiyi görüş çoxdan öz axarından çıxmışdı. Papa qonaqlarına etiraf etmək istədiyi hər şeyi artıq tam təfərrüatı ilə söyləyib qurtarmışdı ki, aşağıdan zəng səsi eşidildi. Eşitdikləri həqiqətdən heyrətə gələn qonaqlar o dərəcədə şokda idilər ki, heç kimin nəfəsinin səsi də gəlmirdi. Hamı donmuş kimi oturmuşdu, o qədər sakit ki, hətta aşağıdan gələn zəng aydın eşidildi və bu sükutu pozdu. Komerrariy bugün zənglərə cavab vermək tapşırığı alsa da bu indi onu az maraqlandırırdı. Qulaqları duyduğunu qəbul etmək iqtidarında deyildi. Onun həyatında inandığı hər şey yalanmış. Ona yalan danışıblar. Həyatının ən vacib, ən doğma adamları ona yalan danışıb. Bəlkə də qonaqlardan daha çox burada təsirlənən məhz Komerrariy Antonio İdalqo idi. Onun artıq gözləri yaşarmışdı və həmin nəm gözlər Papaya zillənmişdi. Görünür, əvvəlki bu insana olan fərəh, hörmət, sədaqət hissindən əsər-əlamət qalmamışdı. Papa da qonaqlara bir-bir nəzər salaraq Komerrariydə dayandı. Papa onun gözlərində qəribə də olsa eşidilmiş xəbərdən sonra təəccüb görmədi, yalnız nifrət, nifrət dolu baxışlar idi bu.

Birdən qapı döyüldü, icazə aldıqdan sonra içəri xidmətçi daxil olaraq Müqəddəs  Ataya zəng gəldiyini və bu zəngin çox vacib olduğunu qeyd elədi, otaqdan çıxdı. Papa müsadə alıb otağı tərk elədi. Qonaqlar indi Papaya yox bir-birinə baxırdılar. Təəccüb və təlaş dolu baxışlar atmacalarlarla əvəz oldu: - Ola bilməz, - O dəlidir nədi?, - Yox Papa düz deyir, - Sən nə fikirləşirsən, - Hə ciddi məsələdir, - Daha kimin bundan xəbəri var? Yalnız Komerrariy və ABŞ-ın baş naziri Hilari Brenç sakit və dinməz idi. Komerrariy narahat qəlbinin təlaşını söndürməyə çalışırdısa, Hilari yaranmış vəziyyətin tam ciddiliyini anlayır və çıxış yolları tapmağa çalışırdı. Beş ildir ki, prezidentin bütün problemlərini soyuqqanlıqla həll edən bu diplomat qadın bu işin də ABŞ politikasına ciddi zərər yetirə biləcəyini yaxşı başa düşürdü. Vəziyyətdən çıxış yolu var. Hər bir problemi həll etmək mümkündür. Əgər görüləcək tədbirlər ağılla düşünülübsə.

Nəhayət Papa ağır addımlarla içəri döndü. Onun üzündə gülüş vardı. Deyəsən xoş xəbər gəlmişdi. Papa kürsüyə oturub başını aşağı saldı. Dərindən nəfəs alıb başını qaldırdı. Gözünü qonaqlara zilləyib dilə gəldi:

-Eşitdiklərinizi eşitdiniz cənablar. Mən sizi buraya etiraf etmək və ürəyimi boşaltmaq üçün çağırmışdım. –Düzdü, bu sözə Papa özü də inanmadı, sonra davam etdi: - Amma bu məclisi qurmaqda əsas məqsədim hazırki, dəhşəti necəsə olsa aradan qaldırmaq istəyidir. Tək bacarmaram. Xristian qardaşlarım – Papa əllərini qonaqlara tərəf iri açıb – siz, yəqin ki, məni dəstəkləyərsiniz. Mən sizləri bu savab işin nümayəndələri seçdim. Bundan uca nə ola bilər? Hər biriniz ölkəniz üçün çalışırsınız. Elə deyilmi? İndi tanrınız üçün bel qoyun. Xilaskara xidmət edin. Bu da ibadətdir. Bu da sizin üzərinizə düşən müqəddəs borcdur. Mən sizi heç nəyə məcbur edə bilmərəm. –Amma Papa onların hər birinin gizli siyasi aferalarından xəbərdar idi və onları nəyəsə şantaj etmək iqtidarında idi – Özünüz qərar verin. Amma düşünün, hər birinizə bu an məlum olan bu sirr sadə xalqın qulağına çatsa bitdi bu aləm, bitdi dinimiz və bitdiniz siz. İndi mən bir-bir hər birinizi dinləməyə hazıram.

Uzun pauzadan sonra sakit oturmuş Hilari Brenç vəziyyəti öz üzərinə götürmək qərarına gəldi. Ətrafına göz gəzdirib, sonra isə Papaya:

-Siz telefona cavab verməyə gedəndə Müqəddəs Ata biz hamımız düşünməyə vaxt tapdıq, təəssüf problem çox qlobal xarakter daşıyır. Siz çox doğru qərar verdiniz ki, bizə müraciət etdiniz. Amma bir şeydə yanılmısınız, ABŞ-ın bu tapıntıdan çoxdan xəbəri var. Biz həm də hər şeyi nəzarət altına almışıq. Amerikan əsgərlər bu saat Qolqofa adlanan yerdədirlər. Oradan tapıntıya az məsafə var. Dörd nəfər öz işini əla bilən hərbçi oranı qoruyur. Biz artıq lazımi tədbirləri görmüşük Müqəddəs Ata, narahatçılığa səbəb yoxdur. Rahat yata bilərsiniz. Tapıntı Amerikanındır.

-Yox qızım, burada səhv edirsiniz. Tapıntı kilsəyə məxsusdur və ona yalnız biz nəzarət edə bilərik, başqa heç kəs. O ki, qaldı sizin işini bilən əsgərlərə, sözsüz onlar da indi Allahın hüzuru altındadırlar. Müqəddəs tapıntı tapılmamalıydı. Əgər ki, tapıldı, biz onu ələ keçirəcəyik, o kilsənin olacaq. Sizsə mənə mane olmaqdansa kömək etsəynidiz...Gedin, hamınız heç nə olmamış kimi, heç nə duymamış kimi gedin. Allahın rizası olsa, mən özüm sizə xəbər göndərəcəyəm. Hər kəsin müqəddəs borcunun ayrıca vaxtı var. İndi mənim tək qalıb fikirləşməyə ehtiyacım var.

Papa ehtiram işarəsi olaraq barmaqlarını bir-birinə keçirib otağı tərk edərək sağollaşma şifrəsini də unutmadı: - ata və oğlun və müqəddəs ruhun adı ilə amin. – Lakin bunu deyib getmək istəyirdi ki, Arxiyepiskop pravoslav İkinci Aleksiy ayağa qalxdı. Papa bildi ki, bu ehtiram xatirinə deyil. Bəli, deyəsən bu gecə o qədər də tez bitməyəcək.

-Bilirəm sizin məni və mənim özümü burada görmək niyyətim azdır. Həm də məsələ bu qədər ciddi olmasaydı heç bu minnətli dəvəti də çətin qəbul edərdim, amma sözüm onda yox. Dediyinizi dediniz, istədiyiniz  kimi dediniz, lakin nədənsə razılığı bizim əvəzimizə qəbul edirsiniz. Əslində sizə yardım etmək məcburiyyətində olduğumuza və bunun hansısa müqəddəs borc olduğu kimi cəfəng fikirləri elə tərzdə bəyan etdiniz ki, sanki orta əsrlərin roma papasısınız, biz də avam, itaətkar sələflər. Siz öz yalançı adətlərinizdən əl çəkmək istəmirsiniz. Qurduğunuz plan da ürəyimcə deyil, o yenidən yerusəlimə doğru düzənlənən növbəti xaç yürüşünə bənzəyir. Plan da eyni, həm məqsəd eyni, başçı da eyni, yəqin biz burada Tamplierlər əvəzi olmarıq. Yox. Mən burada eşitdiklərim hər bir kəlməyə yox deyirəm, allahsızlıq deyirəm. Hamınıza, hamınıza bir-bir üzümü tutub günah işlətməməyə çağırıram, bu kafirin işi-sənəti isə əsrlər boyu günah üzərində qurulub. İndi sizi, sizinlə bir təmsil etdiyiniz xalqı da kafirliyə düçar edəcək. İmkan verməyin. Bəsdir cəfəngiyyatlara inandınız. Onun danışdıqları doğru ola bilməz. Həqiqət bu deyil. – Burada  Aleksiy işarə barmağını Papaya tuşlayaraq bərkdən qışqırır – Allah sənə lənət etsin, kafir.

-Özünüzü ələ alın Arxiyepiskop. - deyə Hilari Brenç əlini o qədər də bərk olmayan surətdə stola vurdu, zəhmli tonda qəfil səsləndi. – Bu heç də cəfəngiyyat deyil.  Amerika əsgərləri və arxeoloqları hər şeyi təsdiqləyir. Mən bu xəbəri Müqəddəs atadan qabaq bilirdim. Lazimi tələbləri də görmüşdüm, ancaq siz bir şeydə haqlısınız Arxiyepiskop, müqəddəs ata öz boynuna həddindən artıq çox götürür. Biz təhlükəsizliyi daha yaxşı yerinə yetirərdik. Həm Birləşmiş Ştatların İsraildə nüfuzu yetərincədi.

-Olmaz. – deyə Papa təmkinlə danışdı, bir az da qayğılı – Kilsə bu sirri 1500 il qoruyubsa indi də öz gücü ilə qoruyacaq. Dünyanın bu sirrdən heç zaman xəbəri olmayıb və olmayacaq da.

 

 

                         AKT-10

Moskva-Qüds nəqliyyatı ilə hərəkət edən təyyarə yavaş-yavaş havaya qalxır. Sürücü Nərmin ilə təyyarə salonunun ən axırıncı sırasında yerləşən oturacaqda yer almışdı. Nə qədər az adama görünsə bir o qədər yaxşı. Olmaya, kimsə onu tanıya bilər, kim olduğunu aşkara çıxarar. Əslində bu qədər ehtiyata gərək yox idi, amma sürücü narahat olmaya da bilməz. Keçmişi həmişə onu izləyir. O 1977-ci ildə Bakıda imiqrant ailəsində anadan olmuşdu. Ailəsi çox kasıb idi. Atası gecə-gündüz fəhlə işləyib külfəti dolandırırdı. O yazıq o qədər çalışıb-vuruşurdu ki, evdən səhər 7-də çıxıb axşam 9-da qayıdırdı. Atasını qarşılamaq üçün o, hər axşam iş yerinə tərəf qaçırdı, yarı yolda isə atasının gəldiyini görüb daha cəld şığıyıb onun ağuşuna atılardı və beləcə hər gün. Daha doğrusu, o lənətə gəlmiş axşama qədər. Həmin gün o, yenə adəti üzrə saat doqquzun yarısında evdən çıxdı. Qaranlıq şəhər küçələrini qaça-qaça dolaşaraq sevimli atasını görməyə tələsirdi. Bu dəfə həmişəki kimi qət etdiyi məsafədən çox getməsinə baxmayaraq atası gəlmədi, görünür işdən gec çıxıbmış. Necə də olsa axıra qədər getmək lazım idi. Qəflətən yağış damcılağa başladı, göy guruldadı, az keçmədi ki, gecənin zülməti çaxan ildırımın oxu ilə al rəngə boyandı, sanki qarşıda gələn faciəni səma özü duyurdu. Sürücü uşaqlıqda çox qorxacaq xarakterli olduğundan vahiməyə düşdü. Gecə vaxtı, yağış leysana çevrilir, ildırım dəhşətli səs boyayır aləmə. Nəisə, atasını görmək həvəsi deyəsən daha üstün oldu. Əks halda uşaq bütün bunlara baxmayaraq yoluna davam etməzdi. Azacıq artıq sulu küçəylə irəliləyərkən uşağın ayağı yerdə yağışın suyu ilə qarışmış qan axınını tapdaladı, özü də bunu gördü. Qan yolun sonundan axıb aşağıya doğru axırdı. Qorxu və vahimə bir az da artdı, amma getdi var döndü yox idi. Sona qədər gedəndən sonra uşağın gördüyü mənzərə o dərəcədə dəhşətli idi ki, bunu hafizəsindən silmək üçün indiyə qədər əziyyət çəksə də alınmayacaqdı. Gördüyü isə 20 addımlıqda uzanmış bir adam və həmin adamın qarnından dik duran bıçaq idi. Bıçağın batdığı yer deyəsən təzə idi ki, oradan yanlara qan sıçrayırdı. Sıçrayan və axan qan bədəndən ayrılıb və yerdə yenidən qovuşub yağış axını ilə düz uşağın ayaqlarını süzüb keçir. Artıq qorxu yoxdur, itib, o sadəcə olaraq titrəyirdi, uzanmış adama özü bilmədən nə üçün və nəyə görəsə yaxınlaşdı. İndi bildi niyə. Bayaqdan ayaqlarına dəyən qan sən demə özgə deyilmiş, doğmaca atasını can verən görən uşaq dizləri üstə yıxıldı. Atası hələ ölməyib, tərpənir, mücadilə edir ölümlə, deyəsən uduzur, amma oğlunu görəndə özündə güc tapıb durmağa çalışdı, alınmadı, əlləri ilə uşağın üzündən tutaraq özünə tərəf çəkdi. Nə isə pıçıldadı. Ancaq yağışın, ildırımın və uşağın öz ağlayışının səsindən o an onun dediyi kəlməni anlamaq mümkün olmadı. Lakin sürücü indi həmin kəlməni çox gözəl xatırlayır. – Sən güclü olmalısan, ağlama. – Bəli, güclü. Məhz bu kəlmə onun sonrakı həyatının devizinə çevriləcəkdi. Bir gün sonra atasının dəfnində kimsə özünü Maestro adlandıran cavan ona yaxınlaşıb atasının qisasını almağı təklif edir, əvəzində həmişəlik onun sadiq sürücüsünə çevriləcəyini bildirir. Təklifi rədd etmək mümkün deyildi. 3 gün sonra naməlum Maestro onun gözü qabağında atasını qarət edib bıçaqlayan oğrunu tutub saxlayır.O, 11 yaşda uşağın əlinə iti 40-lıq bıçaq verib qisas almağı əmr edir. Əmr artıq lazımsız idi, gözü intiqam hissi ilə alışıb yanan oğlan bir əlində dəmir parçasının gücünü, bir əlində yumruğunun atəşini duyub əli-qolu bağlı kişinin qarnına bıçağı, bıçaqla nifrətini keçirtdi. Tam həmin nahiyyəyə, hansına ki, nahaqdan atasına keçirilmişdi. – Öl əclaf – ağzı bağlı kişidən boğuq səs, qarnındansa qan çıxdı. Bu qanı görəndə sürücü artıq ağlamırdı, əksinə soyuq və kinli təbəssümə səbəb olurdu. İllər keçdi. Maestronun mafiasına işləyən sürücü artıq buradan çıxa bilməyəcəyini, həmdə çıxmaq istəmədiyini aydın başa düşdü. – Mən güclü olmalıyam – Hə, mafiadan qazanılan cib dolu pul qeyri-məhdud güc verirdi. Bir neçə ilə sürücü tam işinin mütəxəssisinə çevrilərək ən çətin tapşırıqların öhdəsindən gəlirdi. O gizli əmlak, leqal yolla daşına bilinməyən hər şeyi və hər yerə problemsiz çatdırırdı. İndi onun yükü cavan qız idi – Nərmin. Nədənsə Maestro bu qızla çox maraqlanır. Onun köməyinə arxalanır. Amma niyə? Nərmin Moskvada qurulan yatırıcı vitaminlərin təsiri ilə artıq təyyarəyə oturandan 10 dəqiqə sonra yuxulamışdı. Təlimat dəqiq tələb edir ki, qız obyektə çatan zaman tam ayıq olmalı və yorğunluq hiss etməməlidir. Görünür orada bu zavallı qız təsəvvürünə belə gətirməyən şeylərin şahidi olacaq. - Nəisə bu mənim problemim deyil. – Bu zaman sürücünün mobilinin siqnalı eşidildi. Adətən təyyarə uçuşu vaxtı siqnallar məhv olur və mobil telefonlar peyki qəbul edə bilmir. Bu həm də uzaq dəniz və okeanda olan zaman daha çox özünü büruzə verir. Lakin sürücünün mobili və nömrəsi tam başqa texnologiya ilə təchiz olunmuşdu, elə bir texnologoya ilə ki, o ən əlçatmaz və bağlı yerlərdə, suyun daxilində belə nəinki dəqiq işləyir, həm də danışıqların heç kimin qulaqasıcı aparatlarının təsirinə məruz qala biləcəyi qorxusu da sıfra bərabər idi. Elmin son sözü sürücünün əlində. Sürücü “YES” düyməsini basdı.

-Eşidirəm, Maestro.

-Səndən hər şeyin qaydasında olduğunu soruşmuram. Güman edirəm buna ehtiyac yoxdur. Təlimatda dəyişiklik var.

-Bilirdim. – Sürücü azacıq təbəssümlə - Bilirdim ki, siz axırda mənim qızı aradan götürməyimi əmr edəcəksiniz. Hər nə olsa mən işimin öhdəsindən layiqincə gələcəyəm. Harada və necə? Bəlkə qız üçün özünəqəsd hadisəsi təşkil edək. Amma bunun elə Bakıda da işini bitirə bilərdik.

-Xeyr. Sənin işin bundan daha çətindir. Kiminsə işini bitirmək üçün bizim qatillərimiz var, sənsə sürücüsən, unutma bunu. Əksinə yeni təlimatla sən qızın cangüdəni olcaqsan. Onu göz bəbəyindən də çox qorumalısan. Harada olsa sən də onunla ol, nə etsə yoxla, nə içsə nə yesə birinci özün ye. Ona bir şey olsa... – Sürücü onun sözünü kəsərək;

-Ona heç nə olmayacaq. Əgər təlimat belədirsə, əlimdən gələni əsirgəməyəcəm.

-Məni yaxşı anlamadın Sürücü. Sən əlindən gəlməyəni də əsirgəməməlisən.

Sürücü mobili qapadı. - İndi də dünənki uşağın dalınca düşəcəm. Bircə bu qalmışdı. Kiminsə işini bitirmək üçün xüsusi qatilləri varmış, bunun dalısıyca düşməkçün cangüdənlərisə yox. Hər halda Maestro məndən narazı qalmayacaq. – Bu an təyyarə xidmətçisi salona girib mikrosəs gücləndiricisindən istifadə edərək dedi:

-Diqqət. Narahatçılığa səbəb yoxdur, amma biz istiqaməti dəyişmək məcburiyyətindəyik.

 

 

                                        

                       AKT-11

İsrail. Təl-Əviv. Alan Suisi-şəhərin ən görkəmli və tanınmış arxeoloqu yatağından yenicə telefonun zənginə oyandı. Həvəssiz gözlərini çətinliklə açaraq saata baxdı. 3:15 Lənət olsun deyib kimisə söyərək dəstəyi qaldırdı, telefon aparatı çarpayının yanındakı masanın üstündə idi. Bu gecələr vurulan zənglər zamanı nahaqdan yataqdan qalxmamaq üçün idi. Bütün ömrünü elmə həsr edən Alan iti beyin ləqəbi almışdı. Həyatda hər şeyə nail olsa da həmişə nədənsə narazı, nəinsə çatışmadığını duyurdu. Bəzən insan nəisə uzun müddət arzulayıb və sonda ona nail olanda yenə də nədənsə nakam qalır, yaxud ötən arzu dərhal yenisi ilə əvəz olur. Alimlərin, ümumən Alan kimi mütəxəssislərin xasiyyəti də elə bu faktorlardan ibarətdir. Boyu uzun, arıq bədənli, uzun qəhvəyi saçları və saqqalı vardı. Bəli, öz sahəsinin bir nömrəli mütəxəssisi sayılan bu 32 yaşlı alim bütün ömrünü arxeologiyaya həsr edib. Avropa və Afrikada aşkara çıxarılmış bir çox tarixi və bioloji əhəmiyyətli tapıntıların banisi olub. Zamanında Çarls Darvinin təkamül nəzəriyyəsini inkar edərək yeni traktat nəşr edən gənc alim genlərin saxlanması teoriyasını irəli sürəndə ciddi qəbul edilməsə də tezliklə şöhrət qazandı. Avropa və Şimali Amerikada hamının Massonlar kimi tanıdığı qədim sirrli insanlardan ibarət  tanınmış simaları toplamış və Massonların etnik tərkibinə aid kitab buraxmışdır. Amazoniya sahillərində qazıntı təşkil edərək quşların sürünənlərdən törənməsinə dair ilk sübutlu skelet formaları tapmış və bütün bunlar sayəsində ən məşhur və zəngin adama çevrilə bilmişdir. Lakin 3 il əvvəl bütün pullarını insan məxluqunun yaranma tarixinə sərf edib və insanların meymunlardan deyil, başqa növ ali primatlardan törəndiyini öyrənmək məqsədilə Şimali Afrikada milyonlarla dollar dəyərində qazıntılara başlamışdı. Təəssüf, heç nə aşkar edə bilməyən alim tamamilə müflis olaraq indiyədək öz vətəni İsraildə Tədqiqat və Arxeologiya Universitetində Rektor vəzifəsində çalışmaqla kifayətlənir. Bu gün bazar günü və dərs yox idi. Saat 10-a qədər dincəlməyi planlaşdıran alim telefonun dəstəyini sıxaraq yarıyuxulu cavab verdi:

-Eşidirəm, sizi cənab insanları yuxudan eləyən.

-Narahat etdiyimə görə üzr istəyirəm cənab Suisi, siz dərhal oyanıb bizimlə getməlisiniz. Bu ölüm-dirim məsələsinə bərabərdir.

-Oldu dələduz, mən oyananda səninlə gedərəm, amma birbaş polisə, indi isə yat. – dəstəyi asıb Alan başını məxmər yastığa qoyaraq və dodaqaltı yenə kimisə söyərək təzədən yatmağa çalışır. İki dəqiqə keçməmiş yenidən zəng olur. – Ay səni lənətə gələsən – dəstəyi cəld götürüb:

-Bura bax, axmaq, gecənin yarısında məni oyatmağına göz yumaram, amma sən gözümü yummaməş ikinci dəfə zəng edirsən. Nömrəizləyən aparat haqqında eşimisən, elə isə mən də təsadüfən o aparatdan istifadə edirəm. Bir də bura zəng eləsən üçüncü dəfə polis sizə zəng edəcək. Səfeh

-Qulaq asın. Mənim sizinlə zarafat etmək fikrim yoxdur. Siz gərək ki məni tanıyasız, mənim adım Co.... – Alan hirslə onun sözünü kəsərək.  

-Xeyr mənim tanıdığım adamlar gecə saat 3-də evimə zəng eləmir. Əgər doğrudan da vacib sözünüz varsa, yəqin ki, sabaha qədər dözərsiniz. – bunu deyib dəstəyi asdı. Bu dəfə boş yerə yuxudan ayılmamaq üçün telefon xəttini dövrədən ayırdı. – görəsən bu gün yata biləcəyəm ya yox? – yeni yuxudan oyanmış  körpə tək başını yastığa qoyub bir neçə dəqiqə yatmağa macal tapmamış Alan qısa və bərk binq səsinə yerindən dik atıldı. – İndi nə? – nəisə deyərək ayağa qalxdı. Ayağa qalxmaq bir o qədər güc tələb etmədi, onsuz da bu gecə Alanın yuxusuna haram qatmaq naməlum zəng edən şəxsə nəsib olmuşdu. Bəs bu bərk binq səsi haradan gəldi. Telefonun zənginə bənzəmir, saatın da zəngi deyil. Lənətə gəlmiş maşınların siqnalları olmalıdır. Amma küçə sakit və məsum idi, heç bir maşından söz də ola bilməz. Yuxulu beyin yaxşı işləmir, indi artıq həmin səs siqnalı yenə çalanda Alan faks aparatının səsini tanıdı. Əlbəttə ona faks göndəriblər, ancaq gecə vaxtı kim? və niyə? Bəlkə vacib xəbərdir. Bu dəm Alan naməlum şəxsin telefondakı sözlərini xatırladı – ölüm-dirim məsələsinə bərabərdir – Yox o naməlum dələduz onun nömrəsini haradansa bilsə də faksın şifrəsi ona məlum ola bilməz. Ya məlumdusa, onda necə? Alanın alnından soyuq tər axdı. Bu gecə deyəsən mistikasız ötüşməyəcək, deyə qapı döyüldü. Bəlkə Alan buna bir o qədər də önəm verməzdi əgər qapı normal, vəhşicəsinə döyülməsəydi. Evdə qorunmaq üçün heç bir silah yoxdur və içəri soxulsalar müqavimət göstərmək çətin olacaq, həm də gülməli, əgər Alanın peyjamada olduğunu nəzərə alsaq. Yox, nəisə etmək lazımdır. Bəlkə qapı döyənin kim və nə istədiyini soruşmaq. Lakin buna gərək qalmadı, tezliklə qapının o biri tərəfindən qışqırıqla səs eşidildi – Açın qapını cənab Suisi, biz bilirik siz içəridəsiz. – Alan artıq qorxmağa əsas tapdı, gözləri bərəldi. Nəisə plan hazırlamaq lazımdır. Bayırada olan şəxsə qapı gözlüyündən baxmağa çəkinən Alan arxeoloq metodlarını işə salmağa başladı. Bayırda kişidir. Səsin tembrindən dəqiq sezmək olur ki, orta yaşlı, yumruğun qapıya çırpılması tempi möhkəm əzələlərdən xəbər verir. O cavan olmasa da yəqin ki idmançı olacaq. Tələskənlik səsində BAS tempini büruzə verir. Daha bir faktor o təkdir. Yerində var-gəl etməsi və yalnız bir şəxsə məxsus addım tappıltıları aydın sezilir. Bütün faktorları gözdən keçirən Alan şkafa tərəf irəlilədi, şkafı aralayıb kollecdə hədiyyə qazandığı beyzbol bitasına gördü. Bayırdan isə qışqırıq səsi güclənirdi. – Bura bax mən artıq hövsələdən çıxıram, aç bu zibil qapını – Alan beyzbol bitasını götürüb qapının arxasına keçdi və cəftəni açdı. Doğrudan da hövsələdən çıxan şəxs yekə addımlarla içəri keçərkən qapının dalında gizlənən Alanı görmədi və bu səbəbdən başının arxa hissəsindən küt alətlə vurulan zərbəni hiss edər-etməz huşunu itirib üzü üstə yerə yıxıldı. Alan yıxılan nəfərin üzünü görmək üçün onu beli üstə çevirdi və əlinin qana bulaşdığını gördü. - Ola bilməz. Mən onu öldürdüm. Bu qəsdən olmadı, hər halda polisə xəbər vermək lazımdır - Dərhal ayağa qalxıb polis çağırmaq istərkən fikrə getdi, bir neçə saniyədən sonra uzanmış quldurun nəbzini yoxladı. Onun şübhələri doğru çıxdı, quldur hələ sağdır, zərbə qüvvətli olsa da kifayət qədər ölümcül ola bilməzdi, lakin intensiv qan itirmə nəticəsində o, hər halda ölə bilər. Elə isə bizə polisdən çox həkim lazımdır. Tez durub telefona qaçanda Alanın gözü yanaşı otaqda hələ də binq səsi ilə faksın gəldiyini bildirən aparata sataşdı. Yeri və zamanı olmasa da nədənsə həmin otağa keçib faks kağızını aparatdan çıxardı və oxudu. Oxuduqları isə bunlar idi: 

 

Gecəniz xeyir cənab Suisi, Mən Conas Bernardam, sizin müflis olduğunuz ekspedisiyanın təşkilatçısı. Sizə iki dəfə zəng etdim, amma sözümü çatdıra bilmədim. ABŞ-ın dövlət katibi Hilari Brenç sizin təcili olaraq aşağıda göstərilən ünvana yetişməyinizi istəyir. Biz bu xanıma borcluyuq və rədd cavabı qətiyyən mümkünsüzdür. Çatdırılacağınız ünvan – İsrail, Qüds şəhəri, Qolqofa adlanan yer. Hər halda siz ora tək getməyəcəksiniz. Sadiq dostum Salamon sizi obyekt nöqtəsinə çatdıracaq. Əgər səhv etmirəmsə o artıq sizdə olmalıdır. Mümkünsə onu isti qarşılayın, dostum azacıq əsəbidir. Güman edirəm səyahətiniz uğurlu alınacaq.

                                                                   ...CONAS BERNARD...

İohan başına elə bil qaynar su töküldü. Quldur sən demə Conas Bernardın dostu imiş. O isə zavallının başını partlamış şəkildə qapı ağzında uzadıb. Hə, çox isti qonaq qarşılamaqdır. Bütün bu mülahizələri ağlından bir anlığa çıxaran arxeoloq çıxış yolu axtarmağa başladı və nəticədə tapdığı yalnız ailə həkiminin nömrəsi oldu. Lakin həkim beş kvartal uzaqlıqdan gələnə kimi iş işdən keçəcəkdi. O, əl dəsmalını soyuq su ilə isladıb yerə sərilmiş və deyəsən adı Salamon olan birisinin partlmış yarasına qoymaq fikri ilə ona tərəf qaçdı. Qapı ağzına çatandasa Salamonun yerinə döşəmədə bir yığın qan gördü. Qanın yiyəsi isə yoxa çıxmışdı. Bir neçə saniyə yerində donub qalan Alan yazığın qorxudan qaçdığını zənn etdi. Əgər qaçıbsa demək yara o dərəcədə də ağır deyil, qatillikdən canı qurtarmış tək dərindən nəfəsini dərən Alan arxadan kiminsə onu tutduğunu hiss etdi. Bu Salamon idi. Salamon üz-gözü qan içində cəld güləş fəndi işlədib onu yerə yıxdı, plastır vasitəsilə ağzını və əl-qolunu bağladı. Mətbəxdən haradansa bir stul götürərək onu yerindəcə oturtdu, özü isə yerə oturaraq üz-gözündəki qanı silə-silə hirsindən nə isə söyüş işlədib gözlərini bağlı vəziyyətdə oturan arxeoloqa zilləyib başladı:

-Hə, lənətlənmiş köpək, razısan əməlindən? - əlindəki qan ləkələrini onun gözünün önünə soxaraq – səninləyəm, nanəcib. Məni öldürmək istəyirdin, səfeh, bu o qədər də asan iş deyil, xüsusən peyjama geymiş sarsaq üçün, əvəzində üst-başımı pis günə qoydun. Bu kostyumun pulunu hələ ödəməmişdim, bundan xəbərin var. Heç ödəməyəcəyəm. Bilirsən niyə, axmaq, çünki sən ödəyəcəksən, hələ itirilmiş qandan danışmıram. Bunun qiyməti daha bahadır. Qan-qana qarşı, eşitmisən bu misalı, nanəcib, hə, sənin qanını o vaxta qədər axıdacağam ki, ta ayaqlarıma düşüb üzr istəyəsən, köpək, nə susursan, dilini uddun ya deməyə sözün yoxdur. – Əslində Alanın deməyə sözü var idi, o səhv etdiyini və üzr istəməyə hazır olduğunu deyə bilərdi, gəl ki, ağzı plastırla bağlı olmasaydı. Kəsik əzilmiş qulaqlarından və bədən quruluşundan güləşçi olduğu məlum olan Salamon isə hirsini boğa bilməyərək ağzından çıxan müxtəlif söyüşlərlə onu söyüb ürəyini boşaldırdı. Onun üzündən zəhrimar yağırdı. Yeni püskürən vulkan kimi o yan bu yana vurnuxan güləşçi yumruğunu İohanın sifətinə dirəyərək nəisə yenə deyinməyə başladı. Alan isə artıq heç nə eşitmirdi. Bu gecə başına gələnləri götür-qoy edərək bir nəticəyə gələ bilmirdi. Vaxtilə sonuncu müflis olduğu ekspedisiyadan sonra maliyyə köməyi üçün Hilari Brençə müraciət edəndə sonuncu heç tərəddüd etmədən 250 min dollar əskinazı Alana təmənnasız təqdim etmişdi və Alan nə vaxt, harada və necə olursa olsun bu xəcalətdən çıxacağına söz vermişsə də hələ bu günə kimi söz olaraq qalan borcu ödəmək üçün Misis Hilari onu Qüdsə, Qolqofa adlanan yerə göndərir. Orada bu saat Conas Bernard ekspedisiya aparsa da yəqin onun da köməyimə ehtiyac duyulub. Amma köməyə ehtiyacı olanlardan biri elə Alan özüdür. Salamon nə qədər deyinsə də onu təhqir etmək və danlamaqdan bezmirdi. Görünür, Bernard haqlı imiş, o həddindən çox əsəbidir. Salamon Alanın artıq onu dinləmədiyini başa düşüb sərt hərəkətlə onu arxaya itələdi, nəticədə stulla qarışıq arxası üstə yıxılan Alan indi başının üstünü almış Salamonu yaxşı eşitməyə başladı – Hə, əclaf, yoxsa məni eşitmirsən? De görüm adın nədir? Niyə susursan?, deməyə sözün yoxdur?, yoxsa sən ancaq arxadan zərbə vurmağı bacarırsan, qorxaq köpək. – Alan ağzını işarə edərək nə isə burnunda mızıldayaraq ağzının bağlı olduğunu bu ağıldan kəmə başa salmaq istəyirdisə də alınmırdı. Sonda Salamon nəsə yadına düşdü kimi stulu dikəldib onun ağzını plastırdan ayırdı. Və artıq sakit tərzdə soruşdu – Alan Suisini tanıyırsan? O haradadır? - Alan axır ki, azadlığın dadını duymuş kölə tək dərindən nəfəs alaraq:

-Alan mənəm. Sizsə Salamon olmalısız. Conas sizin gələcəyinizi faksla bildirib. Siz məni harasa İsrailə deyəsən aparmalısınız, elə deyilmi?

-Alan Suisi sənsən? Conas sənə demişdi, əclaf, mən gələcəm. Bəs niyə quduz it kimi atıldın üstümə? Yoxsa sizin cəhənnəmdə qonaqları belə qarşılayırlar.

-Bağışlayın, başınıza görə. Zənn etdim ki, quldursunuz. Siz də məni az incitmədiniz. Bəlkə əllərimi də açasınız. Bir stəkan qəhvə içsək məncə pis olmaz.

-Hə, get o zəhrimarı hazırla içək. Sənə elə bu da azdır, axmaq. Sonra gedək. Conas dedi ki, iş təcilidir, yubanmayaq.  Özü də peyjama ilə getməyi ağlına belə gətirmə.

-Siz də bu qanlı kostyumla, Salamon. Yeri gəlmişkən Qüdsdə nə baş verib ki?

-Bu lənətə gəlmiş müqəddəs şəhərdə həmişə nəsə baş verir. Amma bu dəfə deyəsən nəisə ciddi bir zibildir. Bəsdir çərənnədin boşboğaz qəhvəni iç, gedirik.

 

                       

                 AKT-12

Xidmətçi salona gəlib təyyarənin istiqaməti dəyişməli olduğunu söyləyəndə Nərmin hələ dərmanın təsirindən yatmışdı və salonda baş verən hadisələrdən xəbəri yox idi. Burada isə əməlli-başlı çaxnaşma başlamışdı. Hamı elə bil yaranmış vəziyyətin xidmətçinin günahıdır deyə onu sorğu-sual yağışına tutmuşdular. O isə artıq vəziyyəti əlində saxlamaq iqtidarında deyildi, ətraf elə səs-küylüdür ki, yazıq heç pilotun ona izah etdiyi səbəbləri sərnişinlərə çatdıra bilmir, baxmayaraq ki, əlində mikrogücləndirici var. – Sakit olun, hər şey qaydasındadır, indi səbəbləri izah edəcəm, imkan verin xahiş edirəm cənablar, sakit olun. – Sonda salon yavaş-yavaş sakitləşdi. Xidmətçi əlinə düşən imkandan istifadə edərək təyyarənin növbədənkənar kursunun-istiqamətinin dəyişilmə səbəbini anlatmağa üz qoydu – Qabaqcadan sizi əmin edirəm ki, təşviş salmağa əsas yoxdur – Salonda ön sıralarda oturan orta yaşlı bir kişi sonra isə digərləri etiraz edərək – Mən Qüdsə xüsusi dəvət olunmuş cərraham. Bu gün səhər bir uşağa mütləq keçiriləcək ürək transportasiyası əməliyyatı aparmaq üçün gedirəm. Bu işdə ləngimək insan ömrünə bərabərdir, –Mənim də vacib görüşüm var, -Axı məni saat 7-nin yarısı qarşılamalı idilər. – Salonda hay-küyün yenidən qopmasını görən xidmətçi nə edəcəyini bilmirdi. Düzdü bütün xidmətçi qızlar işə qəbul olunmamışdan əvvəl Peterburqda yüksək təlim keçmiş olurlar və belə ekstrimal vəziyyətlərdə adətən özlərini itirmirlər. Görünür, bu gün istisna idi. Hamıdan sakit isə Nərmin yatıb qalmışdı. O yuxuda atasını görürdü. Sürücü isə diqqətlə xidmətçiyə baxıb onu dinləməyə çalışır. Amma yaranmış qarışıqlıqdan heç nə eşidilmirdi, nəzərə də alsaq ki, onlar ən sonuncu sırada əyləşmişdilər, məlum olur ki, qızın səsi ümumiyyətlə onun qulağına çatmırdı. O isə işin nə yerdə olduğunu bilməyə can atırdı. Hamıdan vacib iş indi sürücünün boynunda idi və əgər o, Nərmini vaxtında lazımi yerə çatdırmasaydı heç kəs ondan təyyarənin niyə gecikdiyini soruşmayacaqdı. Təyyarə yolu dəyişə bilməz. Onda qrafikdən kənar nəqliyyatdan istifadə etmək lazım gələcək, bu isə əlavə vaxtın və problemlərin meydana çıxması deməkdir. Buna heç cür yol vermək olmaz. Maestro dəqiq təlimat verib, o da yerinə yetirilməlidir. Sürücü iki dəfə xidmətçidən nəsə soruşmağa çalışdı, amma sərnişin izdihamından səs eşidilmədi. Üçüncü dəfə qışqırdı, yenə boşuna. Bu dəfə ayağa qalxan sürücü birbaş salon boyu sıralardan keçərək düz xidmətçiyə doğru üz tutdu. Xidmətçi uzaqdan yerindən durub gələn adamı görüb onu öz yerinə qayıdıb əyləşməyi əmr etdi. Sürücü artıq onu eşitsə də özünü eşitməməzliyə vurdu, oturacaqlararası uzun arakəsməni qət edərək xidmətçiyə yaxınlaşdı. Onu yuxarıdan aşağı süzüb qəzəbli baxışla qızı gözdən keçirdi. Arxadakı səsdən heç nə deyib-eşitmək mümkün deyildi, hamı təyyarənin təyinatının dəyişməsindən narazı idi. Sərnişinlərin sakitləşdirməsində birbaşa vəzifəsi olan xidmətçi indi özü çaşqınlıq içindədir. Çün onun qabağında durub ona səbirsiz baxışla baxan kimsə dayanmışdı. Həmin kimsə birdən eynəyi gözünə taxıb 180 dərəcə dala döndü, əlini pencəyin altına salıb oradan revolver çıxartdı. Tapançanı birbaşa sərnişinlərin üzərinə tuşlayaraq ucadan – saaakitt – deyə bağırdı. Salon təəccübdən bir an içində susdu. Ətrafa sükut çökdü. Sürücü – heç kimin cınqırı da çıxmasın – deyib yenə cəld bu dəfə qorxudan   tir-tir əsən xidmətçiyə tərəf dönərək soruşdu – Kimsə mənə bu lənətə gəlmiş təyyarədə nə baş verdiyini başa sala bilər? – Xidmətçi indi artıq burada nəyin baş verdiyini heç özü də anlaya bilmirdi. Bu adam tapançanı gömrükdən necə keçirə bilib. Moskva gömrükxanası belə şeylərə xüsusi diqqət və ciddi yanaşması ilə fərqlənir. Bu saat bu barədə düşünməyin yeri olmadığını nəzərə alan qız hürkək səslə cavab verdi:

-Təyyarə öz istiqamətini dəyişmək məcburiyyətindədir. Bu qədər əsəbiləşməyə lüzum yoxdur.

-Məni pilotun yanına aparın.

-Bağışlayın olmaz. Ora girmək üçün yalnız personalın icazəsi var.

-Bilirsinizmi xanım, razılaşaq ki, əlində silah olan adamın – tapançanı qızın boğazına tutaraq – heç kimdən icazə almağa ehtiyacı yoxdur.

-M...mən sizi – qorxudan dili topuğ atan xidmətçi davam etdi – mən sizi kabinaya ötürərəm, buyurun.

Xidmətçinin arxasınca pilot kabinasına irəliləyən sürücü Maestronun təlimatlarını xatırlayıb bu an Nərmini tək buraxdığını anladı. Başqa çarə yoxdur. Maestro xəbərdarlıq etmişdi ki, asan olmayacaq. Amma o bundan betərinin öhdəsindən gəlib. İndi təslim olmaq vaxtı deyil. Xidmətçi pilot kabinasına girib təyyarəçiyə müraciətlə yanaşdı:

-Bir nəfər sizinlə danışmaq istəyir.

Pilot gülümsəyərək xidmətçiyə baxdı. – İstəmək günah deyil, mən də çox şey istəyirəm, təkcə bu aviasiya təşkilatı maaşımızı artırmaq istəsəydi o...oo, nə olardı! – Pilot qəhqəhə çəkərək öz dediyindən razı tək xidmətçiyə baxdı, sonuncunun sifəti isə qar kimi ağ idi. Pilot ciddi hal alaraq üzünü qabağa çevirdi – Get ona de ki, bura qəbul otağı deyil. – və əli ilə qızın getməsinə işarə etdi. Bu zaman pilot alnında tapançanın soyuq lüləyini hiss etdi, arxasınca isə sürücünün səsini – qəbulanuza yazılmaq üçün bu yetər yoxsa güllə də lazımdı? – Pilot başını qaldırmamış da vəziyyətin nə yerdə olduğunu başa düşdü. Bele şeyləri təcrübə zamanı dərs keçmiş olsa da, reallıqda heç vaxt üzləşməmişdi. Lakin pilot soyuqqanlılığı saxlasa da əlləri özü də bilmədən əsməyə başladı. Təbiətcə sakit, zarafatcıl və şən olan pilot həm də bir az qorxaq idi. Bədbəxtlikdən yanındakı köməkçi pilot da harasa çıxıb. Bu da belə o, özündə cəsarət tapıb soruşa bildi:

-Siz kimsiniz? Sizə nə lazımdır?

-Burada sualları mən verirəm. Onlara da cavab verəcəksiniz. Hələlik bu. Bu zəhrimarın istiqamətini dəyişmək kimin ağlına gəlib?

Pilot alnındakı tapançanın lüləyinə baxaraq kəkələyən səslə - Mə..ən – deyə cavab verdi – yalvarıram mənə zərər yetirməyin.

-Az danış. Dedim axı, ancaq suallarıma cavab ver. Söz anlamırsan? Təyyarə niyə Qüdsə hərəkət edə bilməz.

-İş ondadır ki, hava şəraiti və qabaqda gözlənilən tufan təyyarə üçün təhlükəli ola bilər. Mən qərara aldım ki, Ankarada hava limanına enib sabahı, tufanın yatmasını gözləsək daha təhlükəsiz olar.

-Qulaq as qorxaq, mənim Ankaraya enmək planım yoxdur. İndi biz birbaş Qüdsə uçuruq, başa düşdün.

-Amma tufan...

-Mən tufana əmr etməmiş o bizə heç nə etməyəcək. Aydındı ya yox?

-Aydındı, aydındı. Sadəcə bu silahı məndən uzaq tutun.

-Bax belə. Axır ki, məni anlamaya başladın. Daha Ankara barəsində heç nə eşitmək istəmirəm.

Söhbəti son yerə qoyub və pilotu razı sala bilən sürücü geri öz oturacağına dönə bilməzdi. Təyyarədə yerləşən naviqasiya ilə pilot hər an dispetçerlə əlaqə saxlayıb hava limanına nəsə çatdıra bilər. Nə etmək, yolun sonuna qədər onun yanında qalmaq lazımdır. Başqa çıxış yolu yoxdur. Sürücü xidmətçiyə Nərmini nişan verərək ona göz qoymağı tapşırdı. Özü isə enli və iri ön pəncərələrdən bayıra baxırdı. Buradakı mənzərə çox heyrətamiz idi, buludların qoynunda uçan təyyarə sanki onların üstü ilə sürüşürdü. Təyyarələrdə çox olan sürücü heç vaxt kabinada olmamışdı. Gizlilik və heç kimin gözünə görünməmək əsas təlimatlardan ibarətdir. 2-ci qayda sayılan bu anonimlik sürücünün ürəyincə olan əsas qaydaya çevrilmişdi. Bu gün tam əksinə hal alıb. Bütün salon sürücünün üzünü gördü, qara eynək taxılmış gözlərindən savayı. Bütün bunlar Maestronu məmnun etməyəcək, amma vəziyyəti ələ almaq lazım idi. Məqsədə nail olmaq üçün riskə getmək – 4-cü qayda. O həmişə qaydalara riayət edir. Məhz bu işinə ciddi yanaşma xüsusiyyəti onu Maestronun sevimlisinə çevirib. Bu vaxta qədər o səhv etməmişdi. İndi də edə bilməz. - Güclü ol - atasının ölümqabağı kəlməsi hər dəfə ona cəsarət verirdi. Zəif olduğu üçün atası nahaq yerə öldürüldü. Yox, yaşamaq üçün güclü olmaq lazımdır. Maestro belə deyir. Ya əz, ya əzil. Başqa variant verilməyib. Sürücü pilotun üzündə həyəcandan yaranmış təri sildiyini görüb bir az rahatlaşdı. Bu qorxaq nə istəsəm edəcək, ondan ehtiyat etməyə dəyməz. Baxmayaraq ki, ehtiyatlı olmaq da 5-ci qayda üzrə vacib sayılır. Sürücü əlindəki revolverə baxıb hələ geri qayıtmamış, harasa yoxa çıxmış ikinci pilotun oturacağına əyləşdi və dərindən nəfəs alaraq hər şeyi götür-qoy etmək üçün gözünü bir anlığa yuman zaman 40 metr aralı sərnişin salonunun ən sonuncu sırasında bayaqdan dərin yuxuda olan Nərmin gözlərini açdı.

        

                   

Категория: Fəridin kitabı | Просмотров: 1004 | Добавил: NF | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz