Fərid Məmmədov
Bazar ertəsi, 25.11.2024, 00:40
Меню сайта

Разделы новостей
Şəkil [10]
Fəridin kitabı [10]
Musiqi [7]
Dan Brown [4]
Dünyəvi xəbərlər [5]
Din [1]

Форма входа

Календарь новостей
«  Август 2008  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Поиск

Друзья сайта

Статистика

Online toplam 2
Qonaq 2
İstifadeçi 0

Мини-чат
200

Наш опрос
Ən yaxçı Bakı Kəndi hansıdır?
Всего ответов: 7

Главная » 2008 » Август » 28 » AKT-14,15
AKT-14,15
03:36

                      AKT-14

İsrail. Təl-Əviv. Alan öz evində bayaqdan beyzbol bitası ilə başını yardığı Salamonun bu barədə uzun-uzadı deyinmələrinə qulaq asır. Sözün düzü bu onu təngə gətirsə də nəsə deməyə və ya etiraz etməyə cürəti çatmırdı. Atletik bədən quruluşlu Salamonun əsəbi insan olduğunu nəzərə alıb onun özünə gəlməsini gözləyirdi. Bu dəfə deyəsən gözləmək çox çəkəcək, çünki Salamon danışdıqca, Alanın yaramazlığını danlayaraq daha da coşur və alışırdı. Alanın gətirdiyi qəhvə isə onun heç xoşuna gəlmədi. Buna baxmayaraq qəhvəni acgözlüklə 20 saniyəyə içib qurtardı və fincanın balaca həcmindən şikayətlənərək yiyəsinin də simic olduğunu söylədi. Amma Alan əsla səbirli insan deyildi və bütün bunlara dözməyinin yalnız üç səbəb vardı. Birincisi, bunu ondan Conas Bernard xahiş etmişdi və Salamonun əsəbi xarakterindən muğayat olmağı tapşırmışdı. İkincisi, necə də olmasa bu yazıq onun əlindən az qala ölmüşdü və bunu nəzərə alaraq demək olar ki, onun yerinə kim olsa idi özündən çıxardı. Həm də özünü onun yanında yarılmış başına görə günahkar hiss edirdi. Üçüncü səbəb ondan ibarət idi ki, bu insan onu bu gün başına gələn qəribə əhvalatı anlata biləcək yeganə şəxsdir. Həm onlar  başqa şəhərə yola düşürlər. İsraildə ikinci dərəcəli şəhərə-Qüdsə. Alan yekəpər qonağının qabağına ikinci fincanı qoyanda sonuncu yenə nədənsə narazı qalaraq donquldandı, Alana əsəbi baxış bağışlayıb qəhvəni içməyə başladı.   Bu dəfə o fincanı daha tez qurtardı. Sonra əlində tutmuş olduğu boş fincanı göstərərək əlavə etdi:

-Hə, belə getsə bu quş fincanlarından gərək bir 20 dəfə gətirəsən ki, bəlkə nəisə içə bilək.

-Bu saat birini də gətirərəm.

-Birini? Lazım deyil. Yaxşısı budur, elə indicə bu toyuq hinindən çıxıb gedək o lənətə gəlmiş müqəddəs şəhərə, nəydi adı, hə, deyəsən Qüds.

-Üzr istəyirəm, amma harasa yola düşmək üçün mən hazırlıq görməliyəm. Demək istəyirəm, mən hazır deyiləm.

-Nə? – Salamon hirslə ayağa qalxıb onu süzməyə başladı – Mənim başımı yarmaq üçün hazırsan, indisə başlamısan hansısa hazırlıq barəsində mızıldamağa? Özünə gəl sarsaq alim, biz Havay adalarına getmirik, bizim getdiyimiz yerə o qədər də çox şey lazım deyil. – o bir qədər oturub, sonra yenə Alana baxıb əlavə etdi – Amma bir az pul və yemək götürsən pis olmaz. Mən tez acıyıram. Həm də itirilmiş qanımı bərpa etmək üçün vitaminə ehtiyacım var. Səndə vitaminli yemək var? – o Alanın təəccüblü mimikasını görüb dedi – Belə də bilirdim. Yaxşı, onda pulu bir az da artır. Yolda bir şey alarıq. Nə baxırsan? Mənim sabaha qədər burada başdan-xarab geoloqu gözləməy niyyətim yoxdu.

-Bağışlayın, mən arxeoloqam. – deyə Alan savadsız həmkarının səhvini düzəltmək istədi.

-Əşi, nə fərqi var, ikisi də bir zibildir.

Alan artıq ünvanına yüklənmiş təhqirləri sayını itirərək gözdən itdi. Mətbəxdə oturan Salamonun isə nəsə deyinmə səsi hələ də eşidilirdi. Alan yataq otağına daxil olub çaşqın vəziyyətdə nə etməli olduğunu fikirləşməyə başlayır. O, iki saatlıq yol gedəcək, əlbəttə əgər təyyarə ilə hərəkət etsələr. Onda boz rəngli kostyumu geymək olar. Nəzərə alsaq ki, Qüds günəşli və isti yerdir, bu nazik kostyum elə yerinə düşər. Digər məsələ də var, bu da odur ki, onlar onu orada nə qədər müddət saxlayacaqlarını deməyiblər. Bu gün cümədir. İki gündən sonra o, universitetə işə getməlidir. Bəs bununla necə olsun? Bu da bir yana, kolleqaları xəbərdar etmək lazımdır, axı onlarla sabah görüş planlaşdırılmışdı. Arxeoloq yoldaşlar həmişə şənbə günü bir yerə toplaşıb nəisə müzakirə etməyi xoşlayırdılar, bu hər şənbə təkrar olduğundan artıq ən-ənənə halını almışdı və ora getməmək saymamazlıq olar. Nə etmək, Conasın sözünü yerə salmaq da olmaz, çün ondan da bunu şəxsən ABŞ-ın baş naziri Hilari Brenç xahiş edib. Ancaq nədənsə o, ürəyinin dərinliyində hiss edirdi ki, Qüdsə getməyə belə tez razılaşmaq üçün bütün bu faktorlar da onun üçün azdır, başqa, daha önəmli bir şey olmalıdır. Yoxsa, maraq? Görəsən Qüdsdə nə tapılıb? Bu yəqin çox qədimi bir tapıntı olmalıdır. Mütləq nəsə vacib və əhəmiyyətlidir ki, tələskənlik tələb olunur. Həm də son uğursuz ekspedisiyanı yaddan çıxarmaq üçün bu səfər Alanın yaralarına məlhəm    kimi təsir edirdi. Dünyanı valeh etmək və tanınmaq. Əvvəl o bu barədə çox xəyallar qurardı. İnsan ömrünün həddindən artıq az olmasından məyuslanaraq nə ilə isə insanların yaddaşında əbədilik qazanmaq məqsədilə daim arxeoji xəzinənin dalınca qaçırdı. Düzdür yazdığı kitablar və sitatlar alimlər arasında böyük səs salmışdı, lakin bu səs həmişə adi kütlənin qulağından yan keçirdi. Çün tapdığı və yazdığı şeylər mühüm və orijinal olsa da, sensasiya deyildi və böyük marağa səbəb olmurdu. Məhz bu səbəbdən o, adı çəkilən Hilari Brençdən borc vəsait aldıqdan sonra Afrikada ilkin insan tipinin əmələgəlmə xronologiyasını öyrənmək üçün dəlisov ekspedisiya təşkil etdi. Qeyd edək ki, o zaman Misis Brenç baş nazir deyildi və sadəcə Texas ştatının meri sayılırdı. Bu ekspedisiyanı təşkil etməkdə isə ona Conas Bernard yaxından kömək etmişdi. Təəssüf ki, ekspedisiya fiaskoya uğradı və Alan Suisinin axtardığı tarixi qalıqlar tapılmadı. Tamamilə müflis olmuş alimin bundan başqa güclü addıma hələ taqəti yox idi, bu günə kimi. Bəlkə bu bir şansdır. Dünyaya özünü sübut etməyə bir şans. Saatlar keçəcək və Alan əmin olacaq ki, bu elə həmin şansdır, həm də onun ağlına belə gətirə bilməyən bir şans, lakin bundan istifadə edə biləcəkmi o? Sözsüz bu haqda fikirləşməyə hələ çox var. Hələlik isə o, qara iri çantasını fransız dizaynlı şkafdan çıxararaq qabağına qoydu. Arxeoloqa öz işində lazım ola biləcək hər nə varsa ora yığmağa başladı. Çanta özü də adi çantadan fərqli idi. Belə ki, paltar üçün nəzərdə tutulmadığından onun daxilində saysız çıxıntılar və arakəsmələr mövcud idi. Bunlar da öz növbəsində müxtəlif arxeoloji alətlərin buraya təhlükəsiz və zədəsiz yerləşdişmək üçün nəzərdə tutulub. Alan sanki Salamonun tələsməsini tamam unudub kimi yavaş-yavaş həmin alətləri çantaya səliqə ilə düzməklə məşğuldur. Əlləri işlə məşğul olsa da, beyni tamam ayrı düşüncələrə qapılmışdı, o fikirlərə ki, onu asta-asta real aləmdən ayırıb tam başqa uşaqlıqdan arzuladığı xəyallara dolaşdırırdı. O xəyallara ki, məktəb vaxtı həmişə onu narahat edər və digər həmyaşıdlarından fərqli şagirdə çevirərdi. Desək ki, Alan universitetdə arxeoloq sənətinin incəliklərinə yiyələnib yanılarıq, iş ondadır ki, bu peşəyə sevginin tarixi daha qədimdir. Yeddinci sinifdə ilk dəfə biologiya dərsində müəllimin anlatdığı mühazirə onun indidə yadından çıxmyıb. Müəllim şagirdlərə ilkin canlı orqanizmlərdən bəhs edirdi. Alanın indi də yadına gəlirdi ki, onların müəllimi sinif otağını necə dolaşıb şagirdlərə dərsi anladırdı:

-Bildiyiniz kimi biz Tövratda yazıldığı kimi ani yaranmamışıq və bu mümkün də deyil. Biz hamımız, mən, sən, o və başqa canlılar, heyvanlar, bitkilər, keçən dərs haqqında danışdığımız xırda mikroblar və viruslar da evolusiya, yəni təkamül prosesi nəticəsində əmələ gəlmişdir.

Bu zaman şagirdlərdən biri yerindən sözü kəsərək – Amma atam deyir ki, hər şeyi Allah yaradıb?

Müəllim gülümsəyərək həmin şagirdə yaxımlaşıb astadan dedi – Bəs atan Allahın bizi necə yaratması barədə sənə bir söz deməyib ki? – Təəccüblənmiş şagird başını tərpətdi – Onda qoy mən deyim. İş burasındadır ki, bizim söhbətimizin məqzi də elə bu mövzudadır. Təsəvvürünüzə gətirin o zamanı ki, heç nə mövcud deyildi. – Mən də? – deyə kimsə gülərək soruşdu. Müəllim də təbəssümünü gizlətməyərək – Nə sən, nə mən, nə yer, nə günəş, nə ulduzlar. Balaca Alan soruşdu:

-O zaman hər yan boşluq idi?

-Yox – deyə müəllim etiraz etdi – boşluğun mövcudluğu üçün də nəsə olmalıdır. Mənsə deyirəm heç nə yox idi. Nə planetlər, nə ulduzlar.

-Bəs necə oldu yarandı? – kimsə arxa cərgələdən maraqlandı.

-Əsl sual da elə budur. İsbat olunub ki, dünya məhz heçdən yaranıb. Nəinsə yaranması üçünsə varlığın olması vacibdir. Bu da faktdır. Amma müşahidələr və təcrübələr göstərir ki, varlıq olmasa da Heç özü varlığa çevrilə bilər. Bunun üçün Heçə təsir edə biləcək Qüvvə olmalıdır. Bu da ağlasığmaz bir qüvvə olmalıdır. – Müəllim bayaqki üzünü şagirdə tutaraq – Hə, sənin atan o qüvvə haqqında nə deyib?

-Deyib ki, Allah tükənməz qüvvə sahibidir – şagird əlavə etdi – Bəlkə həmin Heçdən varlıq yaradan Odur?

-Əlbəttə, əlbəttə. Başqa cür ola da bilməz. Mən də belə düşünürəm. Amma bilirsiniz uşaqlar, bu elm adamları ki var, onlar çox xırdaçı adamlardır, hər şeyin elmi izahını axtarırlar. Onlar atalarının sözü ilə oturub- durmurlar ki, sizin kimi. Onlara fakt ver inansınlar nəyə oldu. Məhz bu səbəbdən bu nanəcib alimlər öyrəniblər ki, Heçin Var olması üçün həm də sıxlıq olmalıdır. Bildiyimiz kimi sıxlıq elə bir məvhumdur ki, onun mükəmməl partlayıcı və reaktiv xüsusiyyəti var. İlk dəfə də heç nə mövcud olmadığı vaxtlar yüksək sıxlıq sən demə mövcud olubmuş və elə öz sıxlığına dözməyib tarixdə “Big Bang” hadisəsi kimi tanınan Böyük Partlayış baş verib. Bu partlayışdan xırda atomlar ayrılıb kosmosu əmələ gətiriblər. Onlar da öz növbəsində-atomlar birləşərək molekullar yaradıb. Molekulların birləşməsindən maddələr mövcud olub. Həmin maddələr milyard illər ərzində birləşərək meteoritlər, yəni iri daşlar yaradıblar. Bütün kosmosda o yana-bu yana hərəkət edən meteoritlər isə toqquşaraq get-gedə böyüyüb və planetlərə başlanğıc olublar. Yer planeti də belə yaranıb. Lakin diqqət yetirin bütün əmələ gələn planetlər boş və cansız idi. Çün dediyimiz birləşmələr yalnız cansız varlıqlar yarada bilirdi. Və birdən heç nə olmamış və səbəbsiz olaraq yer kürəsində canlılar meydana gəldi.

– Adəm və Həvva? – deyə balaca Alan soruşdu.

-Yox əzizim. Bu canlılar xırda və suda yaşayırdılar. Mikroorqanizmlər xırda zülal birləşməsindən yaranırdılar. Amma sual bundadır ki, niyə və hansı möcüzəyə əsasən bu zülallar lazımi yer və miqdarda bir araya gəlib təsadüf nəticəsində birləşməyə başlamışdı. Hə əzizlərim, dünyada təsadüf olmur. Görünür burada da həmin Qüvvənin iştirakı mövcud olub. Nəhayət xırda mikroorqanizmlər bir-biri ilə həyat rəqabətinə girərək dəyişərək və böyüyərək inkişaf edirdilər. Düzdü onların mikroblara, balıqlara, suda-quruda yaşayanlara, sürünənlərə, quşlara, məməlilərə və onların da öz növbəsində insanlara çevrilməsi üçün milyon illər vaxt tələb olunub.

-Bəs Adəm necə yaranıb – balaca Alan soruşaraq.

-Primat növləri həddən artıq çox idi və onlar müxtəlif istiqamətlərdə inkişaf etməyə başlamışdılar. Çoxu məhv oldu, bəziləri inkişafı dayandırdı. Yalnız bir qismi “Homo-Sapiens” növünə başlanğıc verə bildi. Homo-Sapiens ispanca ağıllı insan deməkdir. Bu ağıllı insanlar indiki adamlara bənzəmirdilər. Dörd ayaq üstə gəzən tüklü və eybəcər məxluqlar ağaclarda yaşayırdı. Lakin yenə təsadüfən, təsadüf isə olmur, onların yaşadığı Afrikanın iqlimi dəyişdi. Qlobal istiləşmə ağacların məhv olmasına gətirib çıxardı. Ağacdan düşən bu meymunlar isə artıq dörd ayaq üstə gəzə bilmirdilər. Burada möcüzə baş verdi. Homo-Sapiens meymun sürüsündən biri əziyyətdən qurtulmaq və yerdə cəld hərəkət etmək üçün iki ayaq üstə qalxaraq ilk addımlarını atdı. Onun ardınca bütün sürü ayağa qalxmağın üsulunu mənimsəməyə başladı. İki ayaq üstə irəliləyən məxluqun döş qəfəsi genəlib nitqin əmələ gəlməsinə şərait yaratdı. Və budur ilk danışma həvəsi də meydana çıxdı. İsti iqlim tük örtüyünün lazımsız olduğunu büruzə verirdi və tədricən dəri qalın tükün əvəzinə heyvan dərisindən hazırlanmış paltarla əvəz olundu. Beləliklə meymundan insan əmələ gəldi. O ki, qaldı Adəmə elm adamları ilk Homo-Sapienslərin ilk danışıq sözü dilinə gətirən ortodoksal davranışlı fərdini cəmiyyətin Adəmi hesab edirlər. Bütün bunlar uzun illər arxeoloji qazıntılar zamanı aşkara çıxarılan materiallar vasitəsilə öyrənilib. Sizdən də kim istəsə arxeoloq olub gələcəkdə nəsə üzə çıxardar. Mən də başqa şagirdlərə bu barədə danışaram. Hə, uşaqlar – müəllim adəti üzrə sonuncu sualını sinfə verdi – kimsə nəisə başa düşmədisə desin?

Bəli. Balaca Alanın başa düşmədiyi çox şey qalmışdı, amma o, bunları artıq özü öyrənməyə can atırdı. Arxeoloqluq sənəti onu valeh etdi. O gündən sonra Alan hər gün bu barədə nəisə oxuyur, nəsə öyrənirdi. Onuncu sinifdə o, bu sahəni universitet tələbələrindən daha yaxşı bilirdi. Sonrası isə Harvard universitetinə qəbul olma ilə bitdi. Alanın ən böyük arzusu isə-dünyaya nəsə önəmli bir tapıntı bəxş etmək həvəsi hələ reallaşmamışdı. O həmişə nəsə gözləyir, uğur isə hər zaman onun bəxtindən yan keçir. Artıq uğursuzluğa adət edən Alan bu dəfə bəxtinin onun üzünə necə güldüyünün fərqində belə deyildi, lakin az sonra bundan xəbər tutacaq. Daha dəqiq desək Qüdsdəki hadisələrdən xəbər tutan kimi necə şanslı bir insan olduğunu anlayacaq. İndi isə kobud işçi alətlərini çantaya düzən Alan öz-özünə fikirləşirdi, görəsən bunlar ona orada gərək olacaqmı, ya yox? Hər halda onu Qüdsə bir arxeoloq kimi dəvət ediblər, amma nə tapılıb və onun funksiyası orada nədən ibarət olacağı hələ naməlumdur. Hər halda ehtiyat üçün hazırlıqlı olmaq onun əsas üstün cəhətlərindən sayıırdı. Alan ağzına qədər müxtəlif alətlərlə doldurulmuş çantanı və hələ xeyli şkafda qalmış və onlar üçün yer olmayan paltarlara baxdı. Ancaq paltarlar onun işində əsas deyil, əynində olan bir dəst kostyum da ona bəs edər. Bunu fikrindən keçirər-keçirməz cəld asılqandan asılmış boz rəngli, o qədər də baxımlı və gözəl olmayan kostyumu geyinməyə başlayarkən qonşu otaqdan bayaqdan onu gözləyən Salamonun hirsli səsini eşitdi: - Ey geoloq nümunəsi, səni gözləyirəm – Alan yenə onu geoloqla səhv salan güləşçinin sözlərinə az əhəmiyyət verdisə də işini bir az tezləşdirməyə başladı, baxmayaraq ki, o bilsəydi onu qabaqda nə gözləyir heç tələsməzdi. Hər şeyi hazır edib, çantanı əlinə alıb otaqdan çıxanda Alanın gözü divardakı güzgüyə sataşdı.   Uzun illər o güzgüyə yalnız özünü səliqəyə salıb universitetə getmək üçün baxırdı. İndi isə o gözünün qabağında vaxtından əvvəl qocalmış, üzü nazik saqqallı, uzun səliqəsiz, qəhvəyi saçlı bir maraqsız sima görürdü. Amma nədənsə bu simanın gözləri işıq saçırdı. Bu ümid işığına bənzəyirdi. – Mən bilmirəm hara gedirəm, amma kaş ki, bu səfərim də digərləri kimi uğursuz olmasın – deyən Alan bilirdi ki, növbəti peşəkar uğursuzluğa dözmək iqtidarında deyil. Salamonun yenidən özündən çıxıb qışqırması və anlaşılmaz söyüşləri Alanı düşüncələrdən ayırdı. O, güzgüdən aralanıb qonaq otağına keçəndə Salamonun qabağında bir çaydan qəhvə və soyuducudan götürülmüş və dörddə-bir hissəsi qalmış tort gördü. Lakin bu onu az təəccübləndirdi. Salamon isə Alanın kostyum geydiyini görüb dilləndi;

-Hə dostum, bu başqa məsələ. İndi adama oxşayırsan. Ancaq imkan ver tortumu yeyim sonra çıxaq.

İndi İohanın kimisə gözləməyə taqəti yox idi, amma çox keçmədi ki, Salamon bir-iki hərəkətə tortun axırına çıxdı və həmən ayağa qalxaraq və kremə bulaşmış ağzını silmədən – Mən hazır – deyə dilləndi. Alan əli ilə qapı tərəfə işarə etdi və hər iki nəfər ona sarı getməyə başlayanda Salamonun ayağı yerdə nəyəsə dəydi və o dayandı. Həm Alan, həm o aşağı baxanda qana bulanmış beyzbol bitasını gördülər. Onlar bir-birinə baxıb bir anlığa 10 dəqiqə bundan əvvəl baş verən insidenti xatırladılar, amma heç kim heç nə demədi, ya da deməyə bir söz tapmadı. Yalnız Salamonun qəzəbli baxışı və Alanın üzgün mimikası hər şeyi aydın bildirirdi. Nəhayət Salamon qüvvətli təpiklə bitanı yerindən tərpədib qırağa tulladı. Alan isə öz növbəsində qapını açıb qonağa yol verdi. Sonuncu irəli düşüb dəhlizə çıxdı, ardınca isə İohan. Bayaqdan bəhs olunan hadisələr yeddinci mərtəbədə baş verirdi. Demək ki, aşağı düşmək üçün liftə minməyin lazım olduğunu yəqin edən Alan həmişəki kimi liftin düyməsini basdı. Salamon çaşqın kimi ona baxaraq soruşdu – Biz liftlə gedəcəyik? – Sanki, yuxudan ayılmış kimi Alan təəccüblə ona baxaraq – Siz piyada düşmək fikrindəydiniz? – deyə soruşanda gözləmədiyi cavabı aldı – Hə, lənət şeytana, mən ayaqla düşsəm yaxşı olar. Zatən gələndə də piyada çıxmışdım. Bu mənimçün azacıq idman da olar. Alan heç nə başa düşməyərək aşağı qaçan Salamona baxanda liftin qapısı açıldı. Salamon artıq yox idi və Alan liftə daxil olub “0” düyməsini basdı. Lift çox geniş və işıqlı idi. Yer qara materialdan, divarlar isə naxışlı rəngli işıq lampaları ilə bəzədilmişdi. Arxa hissədə  isə iri güzgü vardı. Alan sakitcə gözəl qurulmuş dizayndan zövq alarkən Salamon alnından tər axıdaraq dördüncü mərtəbədən üçüncüyə qaça-qaça düşürdü. Əslində bu təkcə idman qaçışından çox qorxaraq qaçışa bənzəyirdi. Çünki Salamon heç kimə demək istəməsə də onun həyatda yeganə qorduğu şey məhz lift idi. Bu da fiziki qorxudan çox, psixoloji qorxu idi. Bu 29 il bundan əvvəl baş vermişdi. Belə ki, bir gecə  uşaqlarla gizlən-qaç oynayan beş yaşlı balaca Salamon nə üçünsə gizlənməyə yer tapmayan zaman qarşısında qəflətən liftə daxil olan qoca kişini gördü. Heç nə düşünməyərək kişinin ardınca köhnə liftə daxil olan Salamon etibarlı yerdə gizləndiyi üçün çox sevinirdi. Kişi yarıda düşüb uşağı tək qoyanda isə onun bir anlıq sevici həyəcanla əvəz olundu. O liftə ilk dəfə minmirdi, amma tək ilk dəfə idi ki, liftdə qalırdı və nə etmək, hansı düyməni basmağın lazım olduğunu ağlına gətirmirdi. Lift isə yerində hərəkətsiz durub tərpənmək istəmir. Salamon hər hansı düyməni basa bilərdi, gəl ki düymələr onun boyundan xeyli yuxarıda qoyulmuşdu. O dözməyib ağlamağa başladı. Atasını səsləməyə başladı. Təəssüf ki, bu binanın sakinləri beş-altı nfər təşkil edirdi və onlar da qocalar idi deyə hamısı yatmışdı. İşdi əgər nəsə eşitsələr də çətin ki yuxularına haram qatıb yerlərindən durardılar. Salamon bayaqdan gizlənmək üçün möhkəm yer axtarırdısa da indi özünün tapılması üçün nə istəsələr edərdi. Lakin bu dəfə doğrudan da yaxşı yerdə gizlənmişdi və çətin onu bu gecə kimsə tapsın. Balaca Salamon qorxu içində idi və nə edəcəyini bilmirdi. Nəhayət, ağlamaqdan gözləri dolan uşaq düymələrə diqqətlə baxdı. Xüsusi ağlı ilə seçilməyən Salamonun ağlına idea gəldi. O, düymələrlə bir sırada dayanıb atlandı və havada olan zaman əli çatdığı düyməni basdı. Bəxt sarıdan da seçilməyən Salamon yanlış düyməyə toxunmuşdu, bu üzdən lift hərəkətə gəlməkdənsə yerində tərpəndi və işıqları söndü. Qaranlığın qorxusundan Salamon bərk təlaşa düşərək daha da ucadan qışqırmağa başladı. Yumruqları ilə artıq görə bilmədiyi qapını həm döyür həm yumruqlayırdı. Amma nə fayda, o açılmırdı. Bütün zülmət gecəni ilk dəfə evində yox qaranlıq, qorxulu və dəhşətli məkanda keçirən Salamonu ertəsi gün saat dörddə liftin küncünə bükülmüş və sakit vəziyyətdə tapdılar. Onu evə çatdıranda məlum oldu ki, uşaq orta dərəcəli stress keçirib. O bir həftə bu stresdən çıxa bilmədi və ağzından bir söz də qaçırmadı. Sonra hər şey öz qaydasına düşəndə, o da öz normal həyatına qayıtdı. Normal olmayan tək şey onda bundan sonra əbədi həm liftdən, həm də qaranlıq məkandan qorxu xəstəliyinin yaranması idi. Həkimlər bunun psixi sarsıntı olduğunu qeyd edərək tezliklə keçməsini desələr də bu belə olmadı. İndi Salamon İohana azacıq idman etmək xatirinə piyada yeddi mərtəbəni düşürəm deyəndə məhz qorxu hissini gizlətmək məqsədi görmüşdü.

Alan isə sonuncu-birinci mərtəbəy çatanda liftdən düşüb Salamonu gözləmək istəyəndə əksinə Salamonun onu gözlədiyini gördü. Təəccübünü özündə gizlədib Salamonun ona işarə etdiyi yolla hərəkət edən Alan düşünürdü ki, onlar birbaşa hava limanına yollanacaqlar. Lakin Salamonun maşınla gedəcəklərini deməsi onun bu fikrini təkzib etdi. Salamon iri addımlarla enli küçəni keçərək birdən dayandı və üzünü Alana çevirib ona nəyinsə açarlarını verərək müraciyət etdi:

-Al bunları get qabaqdakı qırmızı maşını işə sal, mən isə yolda yemək üçün dükandan azacıq bir şey alıb gəlirəm. Sənə bir şey lazımdır? – cavabı gözləmədən – elə isə mən getdim – deyib xırda MİNİ MARKET yazılan maqazinə girdi.

Alan onun dediyi kimi irəliləməyə başladı, amma heç bir qırmızı maşın görmürdü. Tələskənlikdən isə avtomobilin ya nömrəsini, ya da markasını soruşmaq da ağlına gəlməmişdi deyə yeganə nişan ancaq onun qırmızı olmasından ibarət idi. Bir az da 30 metr addımladıqdan sonra nəhayət qırmızı avtomobil göründü. Alan gözlərinə inanmadı. Ferrari markalı maşın həddindən artıq gözəl və cazibədar idi. Demək bu deyingən yəhudinin əla zövqü varmış düşünən Alan Ferrarini gözdən keçirməyə başladı. Doğrudan da gözəl maşındır. Heç yiyəsinə oxşamır. Hər halda yolumuz o qədər də cansıxıcı olmaz. Bu zaman onun düşüncələrini əlini onun çiyninə qoyan Salamon dağıtdı:

-Görürsən nə qəşəng maşındır. Cənab Conasa düz bir ildir deyirdim ki, mənə Ferrari alsın. Bu zəhrimar işimin müqabilində əslində mənə daha böyük mükafat da düşür.

-Bəli, mən düzdü maşın sürə bilmirəm, amma bunu sürmək üçün öyrənməyə dəyər.

-Hə dostum, - əli ilə Ferrarini göstərərək – istəsən sən də bundan ala bilərsən.

-Heç düşünmürəm. Mən yalnız öz işimə bağlıyam. Belə zövqlər haqda az düşünürəm.

-Nahaq yerə. Mən həmişə düşünürəm. Başqalarının sənə hörmət eləməsini isəyirsənsə birinci özün-özünə hörmət elə. Niyə də bizdə bundan olmamalıdır.

-Sizdəki var cənab Salamon. Kefini çəkirsiniz.

-Birincisi mənə cənab demə. Zəhləm gedir belə şeylərdən. İkincisi isə bu mənim deyil ki.

-Nə? Bəs siz dediniz cənab Conas Bernard....

-Hə lənət olsun, mən ondan maşın istədim amma o, hələ ki almayıb. – Salamon qıraqda duran yük maşınını gösərərək əlavə etdi – Bax bu hələlik ayağımı yerdən qaldırır, necədi?

Alan təzəcə şaxta babanın xəyal olduğunu öyrənən uşaq kimi köhnə, sınıq yük maşınına baxıb gələcək səfərini gözünün qabağından keçirtdi.

 

 

 

                             

                                         AKT-15

İsrail. Qüds. Tropanus çölü. Ətraf səhalaşmış çöl iqlimindən ibarətdir. Zəif və alçaqdan əsən külək sarı, narın şoranlaşmış torpağı yerdən qaldırıb yuxarı sovurur. Yeganə canlı substansiya ara-sıra bitən kolluqlar və tikanlı bitkilərdir. İnsan baxışı ilə bura nəzər saldıqda xüsusiliklə, diqqəti cəlb edən cəhət tapmaq qeyri-mümkündür. Lakin, quş uçuşu ilə ərazini süzmək mümkün olsa, aydın olar ki, qayalıq landşafta malik ərazinin 20 faizi Digger fəaliyyəti nəticəsində qazılıb, antropogen təsirinə bənzər yeraltı evlər əmələ gətirib. Yəni, axeoloji qazıntılar zamanı buranın beşdə bir hissəsi qazılıb və müəyyən yerlərdə təsadüfi olmayan yeraltı evlər, anbarlar, sərdabələr, qəbirlər və başqa qiymətli tarixi tikililər tapılıb və necə tapılıbsa eləcə də saxlanılıb. Bu tapıntıların ən azı 500-1000 il yaşı var. Məhz buna görə onlar bu qədər dəyərlidir. Burada işləyən alimlərin 70 faizi xarici vətəndaşlardan, xüsusən ingilis, fransız və amerikanlardan ibarətdir. Öz tarixləri deyəsən yəhudiləri az maraqlandırır. Ümumiyyətlə, bu millətin genlərində böyük hərflərlə NEYTRAL sözü yazılıb. Yəhudilər tarix boyu həm yüksək vəzifə sahibləri, həm də nökər həyatı yaşayıblar. E.ə Qədim Misirlilər sivil həyatlarını yəhudi qullarının alın təri üzərində qurublar. Ən çətin işlərə qullarının ən sadiqi-yəhudiləri göndərilirdi. Nə yaxşı ki, Musa peyğəmbər onları bu bəladan qurtardı. Onları bura gətirən isə müqəddəs kitaba istinad edərək məhz Yusif peyğəmbər olmuşdur. O isə burada Misirin fironu kimi çıxış edir. Vaxt keçir, Roma imperiyası quldarlıq quruluşunun ilk mərhələlərində yəhudilərdən yenə də nökər kimi istifadə edir. Bu dəfə xilaskar rolu İsa peyğəmbərin boynuna düşür. Amma onun da köməyi yalnız ideoloji xarakter daşıyır. Bu zaman arası qəribə bir hadisənin şahidi oluruq. İsa peyğəmbərin ardıcılları özlərini məzlum peyğəmbərlərinin davamçıları tək xristianlar adlandırmağa başlayırlar. Xatırlamağa ehtiyac yoxdur ki, sonradan xristianlıq İslama qədər dövr üçün qlobal dinə çevrilmişdi. Lakin, digər xalqların nümayəndələri onu qəbul etmək üzrə olarkən, məhz bu neytrallar-yəhudilər İudaizmə sadiq qaldılar. Zaman yenə ötdü, orta əsrlər dövrü Qüds şəhəri uğrunda mübarizəyə qalxmaq və müqəddəs şəhəri kafirlərdən azad etmək məqsədilə xaç yürüşləri düzənləndi. Halbuki əsl kafirliyi işğalçılar edirdi, hər halda ərəb qoşunları yürüşə güclü müqavimət göstərə bildilər. Və yenə də ərəblərlə xristianların mübarizəsi zamanı yəhudilər kənardan seyredici funksiya daşıyırdı. Yəni heç bir əhəmiyyətli konfliktə qatlaşmayıb, neytrallıq xarakterini qorudu. Dövran keçdi, ikinci dünya müharibəsi zamanı əvvəlcədən Almaniyada ən öndə gedən və yuxarı pillələrin sahibləri sayılan yəhudilər az sonra Adolf Hitler tərəfindən üçüncü sortun irqi elan edilərək olmazın işgəncələrə  məruz qalıb öldürülməyə başladılar. Baxmayaraq ki, 5 il öncə ali qurumlarda yer alan yəhudilər indi faşist Almaniyası üçün qul kimi işlədilirdi. Cəmi 4 il ərzində isə 6 milyon yəhudidən vur-tut yarım milyonu sağ qala bildi. Bəzi mülahizələrə görə isə A.Hitlerin yəhudiləri qırması siyasi amildən çox şəxsi qisas xarakteri daşıyırdı. Qeyri-dəqiq məlumata əsasən Hitler hələ əsgər olan zaman xəstəlik ucbatından həkimin yanına göndərilib. Məlumdur ki, o zaman Almaniyanın ən səviyyəli həkim və medikləri məhz yəhudilər idilər. Sözün qısası, həmin yəhudi həkimin etdiyi cərrahi yardım nəticəsində Üçüncü Reyx Fürer Adolf Hitler ata olmaq qabiliyyətindən məhrum olduğu üçün yəhudilərə nifrət etməyə başlayıb. Necə deyərlər, birinin hayıfını 5 milyondan çıxıb. İllər axarınca ötdü, müasir İsrail-Fələstin qarşıdurması da heç yəhudilərə aidiyyatı olmyan məsələdir desək yanılmarıq. Siyasi arenalarda onlar yalnız piyada fiqurunu   oynayırlar. Xarici arxeoloqlar üçün isə bu faktların heç bir əhəmiyyəti yoxdur deyə onlar həftənin 6 günü burada qazıntı işləri ilə məşğul olur. Bunun nəticəsində Tropanus çölü qazılıb çıxarılmış qədim yaşayış evlərinin ucbatından yeraltı şəhərə bənzəyir.

Bu saat həmin mənzərənin tam mərkəzində geniş bir lentlənmiş sahə var. Ağ-qırmızı lentlər burada nəsə vacib bir şeyin olduğunun olmasından xəbər verir. Həmin lentlərin üzərində mavi hərflərlə yazılıb.

                                 

                                  GİRİŞ QADAĞANDIR

                        YALNIZ XÜSUSİ ŞƏXSLƏR ÜÇÜN

 

Bu yazılara əhəmiyyət verməyən yalnız bir nəfər Assasin içəri daxil olub qətlə yetirdiyi qoca professor Devid Levisin aşkar etdiyi gizli sərdabəni özgə gözlərdən qorumaq məqsədilə keşikdə durmurdu. Papanın söylədiyi və daha dəqiq desək əmr etdiyi sözlər onun qulağında hər dəqiqə səslənirdi. Müqəddəs tapıntı heç kimin əlinə keçməməlidir. Belə də olcaq. O hər şey edər, amma geri çəkilməz. İspan gücü və ərəb cəsarəti bir arada Assasinə ruh verirdi. Onun nəsil-nəcabəti ali şəxslərə gedib çıxır, onların adına xələl gətirmək olmaz. Nəslinin nüfuzunu ucaltmaq indi onun boynuna düşür. Hər nəsil bir-birini əvəz edərkən miras qoyub getməlidir. “Assasin” nəsli isə ardıcıllarına yalnız ad və nüfuz qoyub gedir. Assasinlər kriminal aləmin ən ali killerləridir. Avropanın ən səs-küylü qətlləri, ən ucametraj terror hadisələri məhz Assasinlər tərəfindən yerinə yetirilib. Assasin Solo indi fəxr edə bilər. Onun əcdadları vaxtilə Masson tayfaları tərəfindən ən çətin tapşırıqlara cəlb olunub. Tomas Cefersonun siyasi rəqiblərini aradan götürmək, İspaniyada kralları taxtdan salmaq kimi mühüm tapşırıqları misal çəkmək olar. Birinci Dünya Müharibəsinin başlamaq üçün  bəhanə olaraq 1914-cü ildə Avstriya şəhərində Frans Ferdinandın öldürülməsi məhz Assasin Prinsip tərəfindən həyata keçirilmişdi. Sonradan onun adı prinsip sözünə də başlanğıc verdi. Təsadüf kimi qeyd olunan bu qətl əslində Almaniya tərəfindən Assasinlərə sifariş olunmuşdu ki, dünya müharibəsinə başlanğıc vermək üçün bir səbəb tapılsın. Çün belə böyük qətllər təsadüfi olmur. Və hər kəs onlara tapşırılan tapşırığın tam məxfi və mükəmməl yerinə yetməsinə əmin ola bilərdi. Tarixlərin Qatilləri kimi tanınan Assasinlər İkinci Dünya Müharibəsində Nasist Partiyası üçün onlarla siyasi qətllər təşkil etmişdi. Hitlerin gündəliyində onlar Mənim Silahım deyə ad almışdılar. Rusiya ilə soyuq müharibə zamanı kəşfiyyat işləri ilə məşğul olan Assasinlər bir az öz peşələrindən kənara çıxmışdılar. Lakin Amerika Birləşmiş Ştatlarının prezidenti Con Kennedinin öz maşınında gedərkən yüzlərlə tamaşaçının gözü önündə güllələnməsi, digəri Avraam Linkolnun teatrda vurulması  Assasinlərin əsl peşəsindən xəbər verdi. Müasir zamanədə terrorizm təhlükəsi ən son problematik məsələlərdən biridir və Assasinlər də bu terror aləmindən yan keçə bilməzdi. 11 sentyabrda ABŞ-da təyyarələrin partlatdığı ticarət binalarının kamekadzelər tərəfindən idarə olunması sössüz sübut olunmadı. Xüsusi texnika ilə uzaqdan idarə olunan distasion qurğuların köməyi ilə Assasinlər təyyarəni lazımi nöqtəyə tuşlaya bilmişdilər.

Göründüyü kimi bu nəslin tapşırıqları hər zaman qlobal xarakter daşıyıb, elə indi də Assasin Solo xüsusi əhəmiyyətli sərdabənin mühafizəsində durub. O, alaqaranlıq sahələrin sahibi sayıla bilər. Məhz belə qaranlıqda dörd xüsusi təyinatlı əsgəri aradan götürə bilib. Lakin hər şey dəyişir, elə hava da. Artıq dan yeri ağarmağa başlayır. O, özünə daha gizli bir sığınacaq tapmalıdır. Söhbət kimdənsə çətinməkdən daha çox anonim qalmaqdan gedir. Assasinin əsas texnikası gizlilik və gözlənilməzlikdir. Hələlik hər şey öz qaydasındadır. Əsgərlərin ölü bədənləri yaxşı gizlədilib, lakin elə gizlədilib ki, onları tapmaq mümkün olsun. Əgər gördüyün işi kimsə görməsə qiymət verməyə də adam tapılmaz. Odur ki, Assasin onların doğru adamlar tərəfindən və münasib vaxtda tapılmasını əla hesablayıb. Sağ əlində babasından yadigar on altıncı əsr ispan qılıncını sıxan qatillər qatili sol əlində kiminsə kəsilmiş dilini tutub qanının axıb tükənməsini gözləyirdi. Bu dilin sahibi əsgər çox əzablara məruz qaldı, amma hər öldürülən şikar Assasinə xüsusi güc verməklə yanaşı onun özünə inamını və təcrübəsini artırır. Çün təcrübə onun işində hava-su kimi önəmlidir. Bir də önəmli olan şey diqqətdir. Hal-hazırda o, diqqətini ətrafa yönəldib kiminsə onu görməməsini və ya qoruduğu sərdabəyə yaxınlaşmamasını izləyir. Dan yeri açılır. Günəşin zəif şüaları görünməsə də, onların təsiri ilə hər yan qaranlıqdan azad olub işıqlanmağa başlayırdı. Bu pis xəbərdir. Bir də pis xəbər olan şey indi Assasinin gözünə uzaqda insan kölgələrinin görünməsidir. Onlar deyəsən, ona sarı gəlirlər.Onlar istiqamətlərini dəyişməsələr bu doğrudan da onun üçün ciddi problemə çevrilə bilər. Amma Assasin üçün çözülməz problem yoxdur.

           

 

Категория: Fəridin kitabı | Просмотров: 1069 | Добавил: NF | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz